22 Sen 2026, Ça

Xarkovda Rusiyanın zərbələri nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb

PAYLAŞIN:

Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Xarkov və vilayətin 10 yaşayış məntəqəsinə zərbələr endiriblər, nəticədə 4 nəfər helak olub.

“Paraqraf.com” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov sosial şəbəkələrdə məlumat verib.

O həmçinin bildirib ki, zərbələr nəticəsində 16 nəfər yaralanıb.

Eyni zamanda O.Sinequbov qeyd edib ki, Xarkovda anbar binası, avtomobillər, dəmir yolu infrastrukturu və elektrik şəbəkəsi zərər görüb.

Paraqraf.com

Loading