Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Puqaçova Rusiyada ticarət nişanına hüquqlarını itirdi
DÜNYA

Puqaçova Rusiyada ticarət nişanına hüquqlarını itirdi

17 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Rusiyalı müğənni və SSRİ Xalq artisti Alla Puqaçova Rusiyada “Retsital” ticarət nişanına olan hüquqlarını itirib. O, 2022-ci ildən xaricdə yaşayır.

Paraqraf.com RBC nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat “Rospatent” bazasında əks olunub.

Məlumata görə, “Retsital” ticarət nişanı üçün müraciət “Rospatent”ə 16 oktyabr 2015-ci ildə təqdim edilib, 2017-ci ildə isə onun qeydiyyata alınması barədə qərar qəbul edilib. Ticarət nişanının qeydiyyatı üzrə ərizənin təqdim edilməsindən 10 il sonra, yəni 16 oktyabr 2025-ci ildə onun qüvvədə olduğu müddət bitib. Ticarət nişanının qeydiyyata alındığı xidmətlər sırasına musiqili avtomatlar, səsyazma avadanlığı, kitab nəşri və təhsil daxildir.

“Retsital” 1980-ci illərdən başlayaraq Alla Puqaçovanı uzun illər müşayiət edən rus qrupudur. Sənətçi musiqiçilərlə birlikdə “Kak trevojen etot put” (“Bu yol necə narahatedicidir” – 1982) albomunu yazdırıb. Əməkdaşlığın başa çatmasından sonra kollektiv müstəqil çıxışına davam edib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Euronews”: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxır

Next

ABŞ dəniz səviyyəsini monitorinq etmək üçün orbitə peyk göndərdi

Copyright 2026— Praqraf.com. All rights reserved