Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Bir sorğuya 107 min xərclənəcəyi xəbərinə – Nazirdən reaksiya
CƏMİYYƏT

Bir sorğuya 107 min xərclənəcəyi xəbərinə – Nazirdən reaksiya

17 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Məktəbəqədər təhsil müəssisələrində məmnunluğun qiymətləndirilməsi üzrə sorğunun keçirilməsi​ üçün 107 min manat ödəniləcəyi ilə bağlı iddialar yayılıb.

Paraqraf.com Oxu.Az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirib.

Nazir qeyd edib ki, tenderin nəticəsi sonradan məlum olacaq:

“İndi yalnız ehtimal olunan qiymət göstərilir. Tender yekunlaşanda görəcəksiniz ki, faktiki məbləğ bundan daha aşağı olacaq. Belə olan halda keçirilməmiş bir sorğuya necə reaksiya verə bilərəm? Sorğunun aparılması barədə hər hansı proses də olmayıb.

Bəs biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr, ayırmamışıq. Amma bu məbləğ 100 min manat ola bilərmi? Bəli, ola bilər. Sorğu keçirmək üçün 200 min və ya 300 min manat vəsait də xərcləmək mümkündür. Baxır, sən hansı sorğunu keçirirsən. Bunun detallarını görmədən fikir bildirmək ayıbdır. Niyə? Çünki sorğu keçirmək üçün əvvəlcə aprobasiyanı aparmalı, təsadüfi seçimi həyata keçirməli, anketi hazırlamalı, mütəxəssislərin əməyini ödəməli və onların regionlara səfərini təmin etməlisiniz. Sorğunu keçirən şəxs regionlara gedib məlumat toplamalıdır”.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanla BƏƏ arasında Şuşada imzalanan sənəd təsdiqləndi

Next

FHN yanında İctimai Şuranın üzvləri görüş keçirdi – Fotolar

Copyright 2026— Praqraf.com. All rights reserved