Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İsrailli nazir HƏMAS-ı kimin silahsızlaşdıracağını açıqlayıb
DÜNYA

İsrailli nazir HƏMAS-ı kimin silahsızlaşdıracağını açıqlayıb

16 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“İsrail Qəzza zolağında nəzarət etdiyi ərazilərdə Fələstinin HƏMAS hərəkatının silahsızlaşdırılması ilə özü məşğul olacaq”.

Paraqraf.com xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats “X” sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, digər ərazilərdə isə hərəkat üzvlərinin tərk-silah edilməsi beynəlxalq qüvvələr və ya İsrail hərbçiləri tərəfindən həyata keçiriləcək.

Nazir əlavə edib ki, İsrail Fələstin dövlətinin yaradılmasına icazə verməyəcək. “SAXAL Hermon dağının (Suriya, Livan və İsrail sərhədində yerləşir – red.) zirvəsində və təhlükəsizlik zonasında qalacaq”, – deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Fələstin dövlətinin müstəqilliyini 150-dən çox ölkə tanıyır. Sentyabr ayında bu siyahıya Fransa, Böyük Britaniya, Kanada, Portuqaliya və Avstraliya da daxil olub.

Qəzzada İsrail ilə HƏMAS arasında oktyabrın 10-dan etibarən atəşkəs razılaşması qüvvədədir. HƏMAS 7 oktyabr 2023-cü il tarixli hücum zamanı sağ qalan 20 girovu azad edib, İsrail isə aralarında ömürlük həbsə məhkum olunmuş şəxslərin də olduğu təxminən iki min fələstinlini azad edib.

Tərəflər həmçinin həlak olmuş şəxslərin cəsədlərini qarşılıqlı olaraq geri qaytarırlar.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Hikmət Hacıyev: “Azərbaycanın xarici siyasətinin üfüqləri genişlənir”

Next

Tacikistan Prezidenti Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

Copyright 2026— Praqraf.com. All rights reserved