Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 16
  • Çin-Yaponiya münasibətləri kəskinləşir: Pekindən vətəndaşlarına çağırış

Çin-Yaponiya münasibətləri kəskinləşir: Pekindən vətəndaşlarına çağırış

admin 16 Noyabr 2025 2 minutes read
IMG-20251116-WA0179
PAYLAŞIN:

Çin öz vətəndaşlarına Yaponiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.

Paraqraf.com “Agence France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu addım, Yaponiyanın yeni baş nazirinin Tayvana ehtimal olunan hücumla bağlı açıqlamalarının yaratdığı diplomatik gərginliyi daha da artırıb.

Noyabrın 7-də Baş nazir Sanae Takaiçi Yaponiya parlamentində bəyan etmişdi ki, Çinin iddia etdiyi Tayvan adasına güc tətbiq edilərsə, Tokio buna hərbi cavab verə bilər.

Bundan sonra Çinin Yaponiyadakı səfirliyi öz vətəndaşlarını bu ölkəyə səfər etməmək barədə xəbərdarlıq yayıb. Səfirliyin bəyanatında deyilir ki, mövcud vəziyyət Çinin Yaponiyada yaşayan vətəndaşları üçün fərdi təhlükəsizlik və həyat üçün ciddi risklər yaradır. Buna görə də Çin Xarici İşlər Nazirliyi, eləcə də Yaponiyadakı səfirlik və konsulluqlar yaxın gələcəkdə Yaponiyaya səyahətlərdən qaçınmağı tövsiyə edirlər.

Pekin Yaponiyanın səfirini çağırdığını açıqlayıb. Tokio da öz növbəsində, Çinin Osakadakı baş konsulu Syue Tszyanın uyğunsuz və sonradan silinmiş onlayn paylaşımına görə Çin səfirinin XİN-ə çağırıldığını bildirib.

Syue həmin paylaşımda açıq şəkildə Takaiçini nəzərdə tutaraq “bu murdar boyunun kəsilməsi” ifadəsini işlədib. Bundan sonra Yaponiyanın hakim partiyası çinli diplomatı “persona non grata” elan etməyə çağıran qətnamə qəbul edib.

Paraqraf.com

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu
Next: Dubayda dünyanın ən hündür hoteli açılıb

OXŞAR MÖVZULAR

f1LyQ5ramnSrNKwgEuk0oxI7oyq5ifJTng7I0clI_1200

Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur

admin 23 Aprel 2026
COgkxRYlRdsQU3ydsq2jF2PiPiEzU9txTsfC9xWp_1200 (1)

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

admin 23 Aprel 2026
sDr2ozn2wvIJhFWAyv9TVTjdybFwdrJldtFS69St_1200

Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.