22 Sen 2026, Ça

Toral da millinin heyətindən çıxarıldı

PAYLAŞIN:

“Qarabağ”ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.

Paraqraf.com xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, buna səbəb futbolçunun zədələnməsi olub.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, daha əvvəl “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən millinin heyətindən çıxarılıb.

Paraqraf.com

Loading