Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/17 yaşlı qızın təxirə salınan toyu yenidən keçiriləcək: Hazırlıqlar başladı
CƏMİYYƏT

17 yaşlı qızın təxirə salınan toyu yenidən keçiriləcək: Hazırlıqlar başladı

15 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Sabirabadda nikah yaşına çatmayan qızın toy mərasiminin keçiriləcəyi bildirilir.

Paraqraf.com Milli.Az-a istinadən xəbər verir ki, tərəflər noyabrın sonunda toy keçirmək üçün hazırlıqlara başlayıblar.

Məlumata əsasən, toy oğlan evinin həyətində təşkil olunacaq və mərasimin geniş ictimaiyyətə açıq şəkildə keçirilməyəcəyi deyilir.

Mənbə bildirib ki, həm bəy, həm də gəlin toy libaslarında olacaqlar.

Qeyd edək ki, qızın 18 yaşı gələn il iyunun 19-da tamam olacaq.

Xatırladaq ki, rayonun Yolçubəyli kənd sakini, 35 yaşlı Orxan Mehbalıyevlə Türkədi kənd sakini, 17 yaşlı Zəhra Salmanlının 15 oktyabr tarixində qız toyu baş tutmuşdu. Məlumat polisə daxil olduqdan sonra hər iki tərəfin valideynləri şöbəyə dəvət edilərək profilaktik söhbətlər aparılmış və oktyabrın 23-nə planlaşdırılan oğlan toyunun qarşısının alındığı açıqlanmışdı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələni araşdırmış, hər iki ailəyə səfərlər təşkil etmişdi.

Hər iki qurum toyun qarşısının alındığını bildirsə də, oktyabrın 23-də oğlan toyunun gizli şəkildə keçirilməsi planlaşdırılmışdı. Toyun şadlıq sarayında deyil, O.Mehbalıyevin həyətində təşkil ediləcəyi, dəvətnamələrin paylandığı və qızın cehizlərinin oktyabrın 18-də oğlan evinə aparıldığı deyilmişdi.

Hətta toydan sonra cütlüyün Ukraynaya gedəcəyi və oktyabrın 26-na aviabiletlərin alındığı da iddia olunmuşdu.

Oktyabrın 23-nə nəzərdə tutulan toy ailə tərəfindən təxirə salınsa da, hazırda hər iki ailədə noyabrın sonunda keçiriləcək toy üçün hazırlıqların davam etdiyi bildirilir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev Özbəkistanda səfərdədir

Next

Tokayevi “Dostluq” ordeni ilə təltif etdi

Copyright 2026— Praqraf.com. All rights reserved