22 Sen 2026, Ça

Türkiyədə ard-arda güclü zəlzələlər baş verdi

PAYLAŞIN:

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda maqnitudası 4- dən böyük ard-arda üç zəlzələ baş verib.

“Paraqraf.com” xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 07:16 , 07:20 və 07: 21- də qeydə alınıb. Onlardan ən güclüsü 4,7, digər ikisi isə 4,2 maqnitudada olub

Zəlzələlərin ocağı müvafiq olaraq 12,31; 7,89 və 7 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar ətraf şəhərlədə də hiss olunub.

Paraqraf.com

Loading