Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 14
  • “Şərurlu İsfəndiyar” məhkəmədə: “Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm”

“Şərurlu İsfəndiyar” məhkəmədə: “Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm”

admin 14 Noyabr 2025 4 minutes read
IMG-20251114-WA0013
PAYLAŞIN:

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb.

Paraqraf.com “Report”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tərəfin vəsatəti əsasında məhkəməyə çağırılan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyeva da iştirak edib.

Belə ki, təqsirləndirilənin vəkili Ülvi Nəsibli İsfəndiyar Axundovun Emil Səməndərov haqqında dediklərindən sitat gətirərək sözügedən məsələnin təhqir olmadığını deyib və bu barədə mütəxəssisin fikrini soruşub.

Zərərçəkənin vəkili Asim Abbasov sualın manipulyativ xarakterli olduğunu deyərək etiraz edib.

Mütəxəssis fikrini bildirməmişdən əvvəl təqsirləndirilən İsfəndiyar Axundov ona söz verilməsi üçün icazə istəyib. Belə ki, o, həmin vaxt əsəblərinin yerində olmadığını və pis həddə çatdığını deyib:

“Həmin vaxt mənə çoxlu şikayətlər gəlirdi. Biri qazi, biri şəhid ailəsi idi. Hamısı narazı idi, ona görə də əsəbiləşib bir-iki cümlə nəsə demişəm. Möhtərəm hakim, mən sizdən narazıyam, 75 yaşlı kişini məhkəmə yollarında əsir etmisiniz. Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm, ona görə də mənə belə əziyyət verirsiniz”.

Sonra ekspert məsələ ilə bağlı öz rəyini verib. Belə ki, o, sorğuda üç sual olduğunu bildirərək onların hər birini tədqiq etdiyini deyib:

“Pul yemək” frazeoloji birləşmədir, ayrılmış pul vəsaitinin mənimsənilməsi deməkdir. “Yeyinti” sözü məcazi mənada, oğurlamaq, israf etmək mənasında işlənir. İstənilən söz yerinə görə təhqir hesab oluna bilər. Lakin bu, o demək deyil ki, həmin söz hüquqi baxımdan təhqirdir. Bizə təqdim olunan sözləri linqivistik baxımdan təhqir yox, tənqid hesab etmək olar”.

Zərərçəkənin vəkili Asim Abbasov ekspertin rəyinə etiraz edib. O, ekspertin qərəzli olduğunu bildirib.

Vəkil ekspertdən İsfəndiyar Axundovun Emil Səməndərova qarşı işlətdiyi “Şərəfi və ləyaqəti olan adam şəhid, qazi ailəsini aldadarmı?” ifadəsinin təhqir olub-olmadığını soruşub.

Ekspert Nəzakət Qaziyeva deyib ki, sözügedən ifadənin təhqir hesab olunması üçün konkret adama yönəldilməlidir. Onun sözlərinə görə, İsfəndiyar Axundovun işlətdiyi bu söz konkret adama yönəldilməyib.

“Burada siz və mən olsaq, desəm ki, şərəfi, ləyaqəti olan ekspert belə etməz, bunu təhqir kimi qəbul edərsinizmi?”, – vəkil Asim Abbasov ekspertdən soruşub.

Ekspert Nəzakət Qaziyeva isə bu sözü öz üzərinə götürməyəcəyini bildirib.

Hakim ekspertə prosesdə söylədiklərini növbəti iclasda rəy formasında məhkəməyə verilməsi üçün ona videomaterialların təqdim olunmasına qərar verib.

Vəkil Asim Abbasov buna etiraz edib. O deyib ki, məsələni aydınlaşdırmaq üçün birinci rəyi verən ekspert çağırılmalı, onların ikisini də dinləyib məhkəmə yekun qənaətə gəlməlidir.

Hakim həmin vəsatətin baxılmamış saxlanıldığını, lazım olduqda baxılacağını xatırladıb.

Proses mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün noyabrın 20-dək təxirə salınıb.

Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu “dələduz” adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Paraqraf.com

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
Next: Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

OXŞAR MÖVZULAR

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026
17045b47-6174-3cb7-b9d5-2beef65c2369_1200

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.