22 Sen 2026, Ça

Novorossikyskdə PUA hücumundan sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib

PAYLAŞIN:

Rusiyanın Novorossiysk şəhərində pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumundan sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.

“Paraqraf.com” un Rusiya KİV- inə istinadən məlumatına görə, bu barədə şəhərin meri Andrey Kravçenko sosial şəbəkələrdə bildirib.

“Novorossikysk Ukrayna Silahlı Qüvvələri tərəfindən PUA-larla kütləvi hücuma məruz qalıb. Fövqəladə vəziyyət rejimi tətbiq edilib”,- A.Kravçenko yazıb.

Onun sözlərinə görə, PUA hücumları nəticəsində “Çernomortransneft”in rezervuarı və körpüsü, NUTEP konteyner terminalı zədələnib”.

Paraqraf.com

Loading