Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Beş hakimi təhqir edən şəxs həbs olundu: Ədalət təmsilçiləri 10 min manat təzminat alacaqlar
CƏMİYYƏT

Beş hakimi təhqir edən şəxs həbs olundu: Ədalət təmsilçiləri 10 min manat təzminat alacaqlar

14 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Sosial şəbəkələrdə 5 hakimi təhqir edən və onları rüşvət almaqda ittiham edən şəxs həbs olunub. Hakimlərin hər biri 50 min manat məbləğində mənəvi təzminat tələb edib.

Paraqraf.com “Teleqraf”a istinadla xəbər verir ki, 1962-ci il təvəllüdlü Masallı rayon sakini Hikmət Şükürov 5 hakim tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Buna səbəb onun sosial şəbəkələrdə hakimlər barəsində təhqiramiz fikirlər səsləndirməsi və onları rüşvət almaqda ittiham etməsi olub.

İlkin məlumata görə, Hikmət Şükürovun hakimlərə qarşı qərəzli münasibətinin səbəbi bacısı oğlu Sabit Əliyev barəsində xuliqanlıq maddəsi ilə çıxarılmış hökmdür.

Sabit Əliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası Şirvan Apellyasiya Məhkəməsində keçirilən zaman onun barəsində ittihamedici hökm elan olunub. Məhkəmə zalında olan Hikmət Şükürov buna etiraz olaraq hakimlərin ünvanına təhqiramiz ifadələr işlədib.

Məhkəmə binasında onu sakitləşdirməyə çalışan polis əməkdaşlarına da müqavimət göstərən Hikmət Şükürov 8 sutka inzibati həbs cəzası alıb.

Həbsdən çıxdıqdan sonra o, sosial şəbəkə hesablarında bacısı oğlu barəsində çıxarılan hökmü ədalətsiz adlandırıb, daha sonra isə hakimləri açıq şəkildə təhqir edib.

O, müxtəlif paylaşımların şərh bölmələrində Masallı Rayon Məhkəməsinin sədri Firdovsi Əliyevi, hakim Elşən Təbrizoviçi, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevi, hakim Elçin Xasməmmədovu, eləcə də Şirvan Şəhər Məhkəməsinin hakimi Ceyhun Mustafayevi və onların ailə üzvlərini təhqir edərək rüşvət almaqda ittiham edib.

Adı çəkilən hakimlər xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək Hikmət Şükürovun cinayət məsuliyyətinə cəlb olunmasını və hər birinə 50 min manat mənəvi təzminat ödənilməsini tələb ediblər.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Hikmət Şükürov böhtan və təhqir maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə, həmçinin mənəvi zərərə görə hər bir hakimin xeyrinə 10 min manatın Hikmət Şükürovdan tutularaq ödənilməsi barədə qərar qəbul edib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi

Next

Beydulla Manafov Baş Prokurorluğa çağırıldı

Copyright 2026— Praqraf.com. All rights reserved