Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Saakaşvili klinikadan çıxarıldı: 3 il sonra
DÜNYA

Saakaşvili klinikadan çıxarıldı: 3 il sonra

13 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Uzun müddət Vivamed Klinikasında saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili cəzaçəkmə müəssisəsinə qaytarılıb.

“Onun sağlamlıq vəziyyəti qənaətbəxşdir. Klinikadan çıxarılması ilə bağlı qərarı müalicə həkimi verir. Müalicə həkimi onun yanına gəlib, onunla danışıb və vəziyyəti ona bildirdi. Bildiyim qədəri ilə, o, köçürülmə ilə bağlı məlumatı çox sakit qəbul edib”.

Paraqraf.com xəbər verir ki, bunu Vivamed Klinikasının Klinik Direktoru Zurab Çxaidze “Pirveli TV” kanalına verdiyi müsahibədə deyib.

Penitensiar Xidmət bu yaxınlarda Gürcüstanın üçüncü prezidentinin sağlamlıq vəziyyətinin “ənaətbəxş olduğu və artıq stasionar müalicəyə ehtiyac duymadığı barədə məlumat yayıb və buna görə də o, Rustavi həbsxanasına köçürülüb.

Bildirilir ki, məhkum Mixail Saakaşvili 12 may 2022-ci ildə stasionar tibbi yardım üçün Vivamed Klinikasına köçürülüb və bu axşama qədər orada qalıb. Keçmiş Gürcüstan prezidentinə müvafiq tibbi yardım göstərilib.

Gürcüstan qanunvericiliyinə uyğun olaraq, xəstənin mülki xəstəxanadan cəzaçəkmə müəssisəsinə qaytarılması müalicə həkiminin qərarı əsasında, onun sağlamlıq vəziyyəti nəzərə alınmaqla həyata keçirilir.

“Məhkum Mixail Saakaşvilinin sağlamlıq vəziyyəti qənaətbəxş olduğundan və artıq stasionar müalicəyə ehtiyac duymadığı üçün  mülki xəstəxanadan çıxarılıb və 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Orada cəzasını adi qaydada çəkməyə davam edəcək“, – deyə  açıqlamada bildirilir.

Saakaşvilinin anası bu barədə heç bir məlumatının olmadığını bildirib:

“Mən heç nə bilmirəm, yalnız onun Rustaviyə köçürüldüyünü eşitmişəm. Son günlərdə onu heç kim müayinə etməyib. Bu məlumatı kimin yazdığını bilmirəm. Mən belə bir şey eşitməmişəm”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Next

Boçorişvili: Gürcüstana yönəlmiş tənqid əsassızdır

Copyright 2026— Praqraf.com. All rights reserved