22 Sen 2026, Ça

Cənubi Koreyada yük maşını insanların üzərinə sürülüb, 2 nəfər ölüb,18 nəfər yaralanıb

PAYLAŞIN:

Cənubi Koreyanın Buçeon şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Paraqraf.com “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə bazarların birində baş verib.

Yük maşınının sürücüsü dərhal saxlanılıb.

Sürücü hadisənin qəfil və qeyri-ixtiyari sürət artması nəticəsində baş verdiyini iddia edib.

Məsələnin detalları araşdırılır.

Paraqraf.com

Loading