Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Türkiyədə mərc qalmaqalı: Klubların aşağı liqaya göndərilməsi məsələsi gündəmə gəlib
İDMAN

Türkiyədə mərc qalmaqalı: Klubların aşağı liqaya göndərilməsi məsələsi gündəmə gəlib

11 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Türkiyə futbolunu dərindən sarsıdan mərc qalmaqalında hər keçən gün yeni faktlar ortaya çıxır.

Paraqraf.com TGRT-yə istinadən xəbər verir ki, mövzu ilə əlaqədar açıqlamalar verən vəkil Emin Özkurt, araşdırmanın mərc qalmaqalından mərcə qanunsuz müdaxilə araşdırmasına çevrildiyini vurğulayaraq, bəzi klubların aşağı liqaya göndərilməsi təhlükəsi ilə üzləşə biləcəyi xəbərdarlığını edib:

“Türkiyə Futbol Federasiyasının hakimlərə, futbolçulara, klub rəhbərlərinin və menecerlərə nəzarət etmək səlahiyyəti var. Hazırda bu səlahiyyətdən istifadə edilir. Futbolçuların, hakimlərin, klub rəhbərlərinin, menecerlərin, yəni futbol klubu ilə əlaqəsi olan şəxslərin mərc oyunlarından istifadə etməkləri qadağandır. Əgər onlar mərc oyunlarından istifadə, Futbol İntizam Təlimatının 57-ci Maddəsi çərçivəsində barələrində cinayət işi açılır”.

Bundan sonra Futbol İntizam Komitəsi hər bir oyunçu ilə bağlı ayrı-ayrı qiymətləndirmələr aparacaq. Bu qiymətləndirmələrin nəticəsində adı mərc qalmaqalında hallanan oyunçular 3 aydan 12 aya qədər yarışlardan kənarlaşdırma cəzası ala bilərlər. “Beşiktaş” klubunun futbolçuları Necip Uysal və Ersin Destanoğlunun müraciətləri də özlərinin heç bir formada mərc oynamadıqları, şəxsi məlumatlarının ələ keçirildiyi və onların xəbəri olmadan başqaları tərəfindən mərc oynanıldığı istiqamətindədir. Keçən həftə artıq Zorbay Küçük adlı hakimin də bu istiqamətdə iddiaları olub və haqqında verilən tədbir qərarı ləğv edilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İsveçdə 125 kiloqramlıq tunc heykəl oğurlanıb

Next

“Haber Global”: “İlham Əliyev Ərdoğana başsağlığı verdi”

Copyright 2026— Praqraf.com. All rights reserved