PAYLAŞIN:

Pakistanın Baş Naziri Şahbaz Şərifin 2026-cı ilin birinci rübündə Rusiyaya səfərinə hazırlıq gedir.

“ Paraqraf.com” un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Pakistanın Moskvadakı yeni səfiri Faysal Niyaz Tirmizi Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevlə görüşündə bildirib.

“ Biz baş nazirin 2026-cı ilin birinci rübündə Rusiya Federasiyasına səfəri üzərində işləyirik”, – o qeyd edib.

Yeni səfir qeyd edib ki, artıq iki həftədir Rusiyadadır, Samara və Kaluqada olub, sabah isə Kazana yola düşür.

Paraqraf.com

Loading