Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Xətai rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirilib
SİYASƏT

Xətai rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirilib

08 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Xətai Rayon İcra Hakimiyyətində 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanları Zaur Hüseynov və Zaur Quliyev, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbiri açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi və möhtəşəm diplomatik addımları sayəsində Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin edib.

Rafiq Quluyev vurğulayıb ki, torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərən hər bir insan xalqımız üçün əzizdir:

“Həyatlarını fəda edərək bizə qələbə sevinci yaşadan şəhidlərimiz Azərbaycanda ‘şəhid’ anlayışına münasibəti tamamilə dəyişdirdilər. Biz artıq məğlub deyilik, qalib ölkənin vətəndaşlarıyıq. Aldığımız hər nəfəsdə, atdığımız hər addımda həm əvvəlki dövrlərin, həm də Vətən müharibəsi şəhidlərinin və qazilərinin haqqı var. Onların borcunu ödəmək mümkün deyil, amma biz onları heç vaxt unutmayacağıq”.

Digər çıxış edənlər də bildiriblər ki, Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin və onun ölməz ideyalarının təntənəsidir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti bu siyasətin davamı kimi parlaq nəticələr vermişdir.

Qeyd olunub ki, bu gün işğaldan azad olunmuş ərazilərdə Prezidentin şəxsi nəzarəti altında genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra olunur. Qarabağ artıq ölkəmizin ideoloji və siyasi mərkəzinə çevrilərək beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi mühüm məkandır.

Tədbirdə, həmçinin, şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışılıb, bu münasibətlə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bərdə rayonunda şəhid ailələlərinin üzvləri və qazilər tibbi müayinələrə cəlb olunub

Next

8 Noyabr – Milli qürur və Zəfər təntənəsi

Copyright 2026— Praqraf.com. All rights reserved