Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ mediasında “VAZKEÇİLMƏZ ƏRDOĞAN!” başlıqları
DÜNYA

ABŞ mediasında “VAZKEÇİLMƏZ ƏRDOĞAN!” başlıqları

07 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ-nin “The New York Times” qəzeti Türkiyənin son illərdə qlobal proseslərdəki rolundan yazıb.

Paraqraf.com xəbər verir ki, bu məsələni Türkiyənin “Haber Global” televiziya kanalı işıqlandırıb.

“Vazkeçilməz Ərdoğan!” başlıqlı təhlildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayında Ağ Evə səfəri və ABŞ Prezidenti Donald Trampla görüşü xatırladılıb. Həmçinin, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Türkiyəyə səfərləri də vurğulanıb.

Təhlildə bildirilir ki, Prezident Ərdoğan beynəlxalq səviyyədə qurduğu strateji münasibətlər sayəsində Türkiyənin həm iqtisadi, həm də diplomatik gücünü artırıb və ölkənin qlobal tarazlıqdakı rolunu gücləndirib. Bundan başqa, Ərdoğanın Ukraynada sülh üçün diplomatik səyləri də vurğulanıb. Prezidentin həm Rusiya, həm də Ukrayna ilə dialoq qura bilən azsaylı liderlərdən biri olduğu və Türkiyənin strateji dəyərini artırdığı qeyd olunub. Bildirilib ki, Türkiyə sürətlə inkişaf edən daxili milli müdafiə sənayesi və NATO-dakı rolu sayəsində getdikcə daha vacib bir ölkəyə çevrilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Türkiyədə qanunsuz mərclə bağlı qalmaqal: Saxlanılan rəsmilərin ADLARI açıqlandı

Next

Ünvanlı sosial yardımın məbləği arta bilər

Copyright 2026— Praqraf.com. All rights reserved