Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 7
  • Qulu Məhərrəmli: “İnformasiya cəmiyyətinin jurnalisti ilə 30-40 il əvvəlki səviyyəni eyniləşdirmək olmaz”

Qulu Məhərrəmli: “İnformasiya cəmiyyətinin jurnalisti ilə 30-40 il əvvəlki səviyyəni eyniləşdirmək olmaz”

admin 07 Noyabr 2025 4 minutes read
IMG-20251107-WA0004
PAYLAŞIN:

1926-cı il 6 noyabr tarixində Azərbaycanın ilk radiosu – Azərbaycan Radiosu ilk dəfə yayıma çıxıb. 95 yaşını qeyd edən Azərbaycan Radiosunun yaranma günü ölkəmizdə televiziya və radio işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycanda ilk dəfə yayımlanan radioda ilk sözlər “Danışır Bakı” olub.

Azərbaycan Televiziyası yarandıqdan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkar Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Mövzu ilə bağlı əməkdar jurnalist Qulu Məhərrəmli “Paraqraf.com”a açıqlamasında bildirib ki, 1926-cı il 6 noyabrda Bakı Radiosu müntəzəm yayıma başlayıb:


“İlk söz “Danışır Bakı, stasionu” olub. O vaxt sınaq verilişləri gedirdi, lakin noyabrın 6-dan kütləvi yayım başladı. Əvvəlcə, Bakı şəhəri və ətraf rayonlarda radio dinlənilirdi. Lakin sonralar böyük radio ötürücülər qoyuldu. İlk verilişlər 4 dildə təqdim olunurdu: azərbaycan, rus, erməni və yəhudi dillərində idi. Burada görkəmli insanlar çalışıb — o cümlədən Müslüm Maqomayev Azərbaycan Radiosunun bədii rəhbəri, Məmməd Səid Ordubadi isə ədəbi-dram verilişlərinin baş redaktoru olub. Radionun ilk diktorları Ənvər Əlibəyli, Əkbər Əlibəyli, Səidə İmanova və başqaları idi. Mədəniyyət və musiqinin təbliği sahəsində böyük işlər görülürdü”.

Qulu Məhərrəmli televiziya tarixindən də danışıb:

“Televiziya 1956-cı ildə yayıma başlayıb. Televiziya və radionun idarəçiliyi, statusu da dəyişməyə başladı. 2005-ci ildən “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti şəklində formalaşıb. Televiziya bu gün texnoloji cəhətdən çox inkişaf edib. Müstəqillik dövründə Azərbaycanda çoxşəbəkəli televiziya kanalları yaranıb”.

Əməkdar jurnalist öz televiziya fəaliyyətindən də bəhs edib:

“1978-ci ildən 2007-ci ilin oktyabrına qədər televiziyada çalışmışam. Tələbəlik illərindən – ikinci-üçüncü kursdan Azərbaycan Radiosu ilə əməkdaşlıq edirdim. İrihəcmli verilişlər yazırdım. “Gənclik”, “Elm və Həyat” redaksiyalarında ictimai-siyasi proqramlarda, ədəbi-bədii verilişlərdə qonorar əsasında materiallar hazırlayırdıq. Televiziyada çalışanda texnoloji aspektlərə uyğunlaşmaq lazımdır. Təsviri yaxşı bilib onunla danışmağı bacarmalısan. Əsas da nitqin nümunə olmalıdır. Bu gün bu şərtlər daha da ağırlaşıb. Televiziyada fəaliyyət göstərən jurnalist montaj proqramlarını bilməli, verilişi hazırlayıb istənilən nöqtədən efirə çıxmağı bacarmalıdır. Bu şərtlər isə getdikcə artır. İnformasiya cəmiyyətinin jurnalisti ilə 30-40 il əvvəlki səviyyəni eyniləşdirmək olmaz”.

Qulu Məhərrəmli efirə çıxdığı ilk gündən də danışıb:

“Müsahibələr almışam, xəbərlərdə reportajlarım gedib, amma onları efirə çıxmaq kimi qiymətləndirmirəm. İlk dəfə 1991-ci ildə efirə çıxıb və gecə xəbərlərini təqdim etdim. Bundan sonra əsas xəbər proqramlarında efirə çıxırdım. Daha sonra “7 gün” analitik proqramını aparmalı oldum. Həmin verilişin taleyi yaxşı oldu. İndi televiziya və radio işçilərinin bayramıdır. Azərbaycan Televiziyası və Radiosu bu cəmiyyətin, mədəniyyətin, Azərbaycan dilinin, musiqi sədasının inkişafında müstəsna rola malikdir”.

Sonda Qulu Məhərrəmli bütün televiziya və radio işçilərini 6 noyabr münasibətilə təbrik edib.

Həmçinin təbriklərə “Paraqraf.com” ailəsi də qoşulur.
Əziz televiziya və radio işçiləri, bayramınız mübarək!

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 21 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan Bayrağı: müstəqilliyimizin və milli kimliyimizin əbədi simvolu
Next: Dişi ağrıyan 31 yaşlı baş redaktor vəfat etdi

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.