Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 5
  • Sosial media hesabınız sındırılıb? Vəkil: “Bu, cinayətdir və məsuliyyət yaradır!”

Sosial media hesabınız sındırılıb? Vəkil: “Bu, cinayətdir və məsuliyyət yaradır!”

admin 05 Noyabr 2025 2 minutes read
download (2)
PAYLAŞIN:

Son illərdə sosial şəbəkələrdə hesabların sındırılması və şəxsi məlumatların icazəsiz paylaşılması halları artmaqdadır. Belə hallarda istifadəçilərin şəxsi həyatına müdaxilə edilir, həm də onların şərəf və ləyaqətinə zərbə vurulur. Mütəxəssislər bildirirlər ki, bu cür hallar təkcə etik deyil, həm də hüquqi məsuliyyət doğurur.

Məsələ ilə bağlı vəkil Lalə Salmanova Paraqraf.com-a açıqlamasında bildirib ki, belə vəziyyətlə üzləşən şəxs dərhal hüquq mühafizə orqanlarına müraciət etməlidir:


“Şəxsin sosial media hesabı sındırılaraq şəxsi məlumatları paylaşıldığı halda, o, hadisənin baş verdiyi ərazi üzrə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Müraciət həm yazılı formada, həm də 102 qaynar xətti vasitəsilə edilə bilər”.

Vəkil əlavə edib ki, bu cür hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində açıq şəkildə cinayət kimi qiymətləndirilir:

“Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığının pozulmasını nəzərdə tutur. Şəxsi və ailə həyatının sirri olan məlumatların, həmin məlumatları əks etdirən sənədlərin, video, foto və ya səs yazılarının qanunsuz toplanılması və yayılması min manatdan iki min manatadək cərimə, 240–480 saat ictimai iş və ya bir ilədək islah işləri ilə cəzalandırıla bilər”.

Bununla yanaşı, Lalə Salmanova qeyd edib ki, məsələ yalnız cinayət deyil, həm də mülki məsuliyyət yaradır:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, fiziki şəxs onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu və şəxsi həyatının sirrini pozan məlumatların təkzibini və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər məlumat mediada yayılıbsa, təkzib də həmin mediada dərc olunmalıdır”.

 

Cəfərova Validə
Paraqraf.com

Loading

Visited 65 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: SİMDNX-da Zəfər Gününün 5 illiyi münasibətilə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib
Next: Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir sıra dövlət orqanlarının (qurumlarının) mətbuat xidmətlərinin nümayəndələri üçün təlim keçilib

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.