Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 4
  • Dünyasını dəyişən MCP yetkilisi: Partiyadaşlarının xatirəsində

Dünyasını dəyişən MCP yetkilisi: Partiyadaşlarının xatirəsində

admin 04 Noyabr 2025 10 minutes read
1762160619125110487669086feb209ba
PAYLAŞIN:

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin köməkçisi Murad Alışov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2 noyabrda doğulduğu Masallı rayonunda dəfn olunub.

Partiyadaşları Murad Alışovla bağlı xatirlərini “Cebheinfo.az”-la bölüşüb.

MCP sədrinin müavini Rafiq Daşdəmirli Murad Alışovu daim gülərüz xatırlayacağını deyib:

“Özünəməxsus mərdliyi, cəsarəti, haqqı nahaqqa verməyən, mübariz insan, vətənini canından çox sevən  Murad bəy kimi insanlara çox az rast gəlinər. Səmimi gülüşlü Dayı necəsən deyib, qucaq acıb halımı soruşan Murad bəyi hər zamanı o gülərüz siması ilə xatırlayacağam. Onun yoxluğunu qəbul etmək çox çətindir. Allah sənə rəhmət eləsin, ruhu daim şad olsun!”

MCP sədrinin müavini Ehtiram Mehtiyev də deyib ki, Murad tanıdığı ən sadə, səmimi və dürüst insanlardan biri idi:

“O, təkcə dost deyil, həm də mübariz ruhlu bir partiyadaş idi. İlk tanışlığımız 2015-ci ildə partiya quruculuğu dövrünə təsadüf edir. O gündən etibarən Murad Milli Cəbhə Partiyasının inkişafı üçün canla-başla çalışdı. Onun zəhməti, əməyə olan sevgisi və fədakarlığı danılmazdır.

2020-ci ildən, partiyamızın sədri hörmətli Razi Nurullayev deputat seçildikdən sonra Muradla daha sıx təmasda idik. Tez-tez məsləhətləşirdik, fikir mübadiləsi aparırdıq. O, protokol qaydalarına ciddi əməl edən, işini məsuliyyətlə və sədaqətlə yerinə yetirən bir insan idi.

Beş il ərzində aramızda sadəcə iş əlaqəsi yox, doğmalıq yaranmışdı. Günün sonunda da bir-birimizlə danışar, hal-əhval tutar, qayğımıza qalardıq. Murad elə bir dost idi ki, etibar edə bildiyin zaman səni heç vaxt yarı yolda qoymazdı.

O, fədakar, yorulmaq bilməyən, tapşırığı canla yerinə yetirən bir gənc idi. Son iki ayda xəstəliyi ilə mübarizə aparırdı. Biz onun yanında olduq, dərdinə şərik olduq, amma təəssüf ki, bu mübarizədə qalib gələ bilmədi…

Murad bizim üçün sadəcə bir partiya üzvü deyildi o, səmimiyyəti, dürüstlüyü və zəhməti ilə hamımızın qəlbində iz qoydu. Onunla keçirdiyimiz xatirələr çoxdur və heç biri unudulmayacaq. Murad daim qəlbimizdə yaşayacaq. Ruhu şad, məkanı cənnət olsun”.

MCP İdarə Heyətinin üzvü Pərviz Şıxalıyev də deyib ki, Murad sözün əsl mənasında çox yaxşı insan idi:

“Murad haqqında keçmiş zamanda danışmaq çox çətindir. Muradın yoxluğuna inanmaq olmur. Elə bil ki, indicə gəlib səninlə görüşüb “Qağa,nə var nə yox? Necəsən?” deyəcək. Ruhu şad olsun! Allah ailəsinə, övladlarına xeyirli ömür qismət etsin!”

MCP sədrinin müavini Tural İrfan də deyib ki, öz səmimiyyəti, sadəliyi, həlim xasiyyəti ilə seçilən Murad Alışov vətənpərvər, yüksək insani keyfiyyətləri ilə hər zaman fərqlənirdi:

 

“Kollektivimizdə daima öz müsbət keyfiyyətləri ilə sevilirdi. İşinə hər zaman məsuliyyətlə yanaşır, partiya sədrinin və bütün heyətin rəğbətini qazanmağa nail olmuşdu. Bəlkə də yaxşı adamların dünyadan nakam getməsinin bir səbəbi də cəmiyyətin düşüncəsində daha çox təsir buraxması, iz qoyması üçündür. Bu Allahın hikmətidir.

Murad bəy də bh fani dünyadan erkən köçməsi ilə qəlblərdə, xatirələrdə iz qoydu, hər birinizi mütəəssir etdi. Murad bəyin itkisi bizim üçün çox ağırdır. Hər birimiz dərin kədər hissi ilə ona Allahdan rəhmət, ailəsinə, yaxınlarına səbr diləyirik. Ruhu şad, məkanı cənnət olsun…”

MCP Mətbuat şöbəsinin müdiri Vusal Qarayev də Muradla olan xoş xatirəsindən danışıb:

“Deyirlər, hər bir insanın sevəni də olur, sevməyəni də, bəyənəni də, bəyənməyəni də. Murad elə bir insan idi ki, mən tanıdığım 10 il ərzində hələ onun haqqında kimdənsə mənfi fikir eşitməmişəm. Çünkü Murad səmimiydi, alicənab idi, mərhəmətliydi, ədalətliydi, dost, insan canlısıydı.

Bunlar söz xatirinə deyilən fikirlər deyil, dediklərimi Muradı tanıyan hər kəs təsdiqləyər. Tam səmimiyyətimlə, pafossuz deyirəm, dünya bir gözəl insan itirdi. Hər ölüm insanı bu qədər içdən, dərindən yandırmır. Murad hamınızı yandırdı. Çox heyif, çox təəssüf. Yeri rahat olsun qardaşımızın. Onu hər zaman sevgiuylə, sayqıyla və içdən hüznlə xatırlayacayıq”.

MCP sədrinin müavini Vüqar Dadaşov isə Murad Alışovu belə xatırlayır:

“Elə hislər var ki, onu danışmaqla deməklə çatdırmaq mümkün deyil. Çarəsizlik, həsrət, darıxmaq, heyfslənmək elə qəlb ağrısı yaradır ki, insan nəfəs ala bilmir. Həyatımda müharibədən belə çox əzab-əziyyət görmüşəm. Ancaq həmişə ümidimi üzməmişəm… Ümidin ölməsi isə cismi salamat qalan ruhun öıməsi ilə kimidir. Bu yaşıma qədər bir əldə olan barmaq sayına çatmayan dostum var. Onların ikisi döyüş yoldaşımdı.

Xaricdən qayıdan sonra yeganə qazancım Murad idi. Onu mənə tanıdan Allaha şükür olsun. Rəhmətə gedən insan haqda həmişə xoş söz deyilr. Ancaq inanın, Murad sədaqət, etibar, əsl dost, başqasının xeyrinə çalışan əsl kişi nümunəsi idi. Murad qardaşımız eldən getdi, elimiz itirdi. Heç bilmirəm necə olacaq…”

MCP Təşkilat şöbəsinin müdiri Kamil Babayev isə Murad Alışovla bağlı bunları deyib:

 

“Bu günümüz çox acı xəbərlə açıldı. Dəyərli insan, dostumuz, sirdaşımız, bütün insani dəyərləri özündə cəm edən qardaşımız Murad bəy Alışov haqq dünyasına qovuşdu. Murad bəyin bu gənc yaşında gedişi həqiqətən bizlərdə dərin yara açdı.

Nadir hallarda bu cür insanlar gəlir həyata. Hər kəsə yaşından, başından aslı olmayaraq sayğı, ehtiramla və insani davranışlarla yanaşan şəxs idi. Çox təssüflər olsun deyirəm. Murad qardaşımızın ailəsinə,əzizlərinə səbr diləyir və dərin hüzünlə baş sağlığı verirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun”.

MCP Ümumi şöbəsinin mütəxəssisi Almaz Məmmədova isə deyib ki, Murad haqqında danışmaq ona çox ağırdır:

 

“Elə insanlar olur ki, onların yoxluğu həyatın içindən bir parça qoparır. Murad da o insanlardan idi. Heç kimə pislik etmədi, bu, sadəcə onun xasiyyətində idi. Hər şeydə və hər kəsdə yaxşı tərəfi görən, ürəyitəmiz, səmimi bir insan idi. Onun içdən gələn səmimiyyəti və müsbət enerjisi hər kəsi özünə cəzb edirdi, sanki üzərində işıq daşıyırdı.

Bu gün Muradsız ilk iş günümdür. Hələ də qapıdan girib zarafatla “Gecəniz xeyrə qalsın” deyəcəyini gözləyirəm. O, bu zarafatını günün istənilən vaxtında, ofisdən çıxarkən deyərdi. 

Gecən xeyrə qalsın, Murad… Rahat uyu, ruhun şad olsun! Onun haqqında bu qədər şəxsiləşdirilmiş yazmağım təsadüf deyil — sadəcə, o elə bir səmimiyyət yaratmışdı ki, hər kəsin qəlbində silinməz iz buraxdı”.

MCP Ümumi şöbənin əməkdaşı Sədaqət Əliyeva isə Murad Alışovu belə xatırlayır:

 

“Çox dəyərli bir insanı itirdik. Partiyamızın çox hörmətli əziz bir insanı dünyanı tərk etdi. Murad Alişov bəy, həqiqətən yaxşı insan idi. Heç kəsin xətrinə dəyməz, könlünü sındırmazdı

Həmişə gülərüz, mehriban qayğıkeş olardı. Onun vəfatı bizi çox kədərləndirdi. Allah ona qəni-qəni rəhmət eləsin! Məkanı cənnət olsun! Xatirəsi hər zaman qəlbimizdə yaşayacaq”.

Milli Cəbhə Partiyasının (MCP) üzvü Ləman Yusifova isə deyib ki, Muradın yoxluğuna hələ də inana bilmirəm:

 

“Muradın gülüşü ilə işıqlanan günlər indi qaranlığa bürünüb. Hamını güldürən Muradı indi xatırlayanda susmaq məcburiyyətində qalırsan. Murad özü ilə bərabər apardı bütün xatirələrini. 11 il hər anımda oldu, məni heç vaxt tək buraxmadı. Son dəfə görüşəndə də söz verdin ki ,gələcək, amma gəlmədi… Səni hələ də gözləyirəm, dostum, gəlməyəcəyini bilə-bilə…”

MCP Ümumi Şöbənin İT mütəxəssisi Elçin Həsənov isə deyib ki, 10 illik iş yoldaşının, dostunun ölümü çox ağırdır:

 

“Birlikdə çox vaxt keçirmiş, işin yaxşısını, pisini paylaşmışsınız.  Birdən, bir gün o, artıq orada olmur. Həm iş yoldaşını, həm də dostunu itirirsən. Onun yoxluğu iş yerində böyük boşluq yaradır, hər şey əvvəlki kimi olmur. Zaman keçsə də, o günləri xatırlayanda, yenə ürəyində bir kədər qalır”.

Loading

Visited 14 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Heydər Əliyev və Corc Buş balıq tutarkən nə danışıblar?- 2000-ci ildə ABŞ səfərindən maraqlı şəkil /“FOTOXRONİKA”
Next: “Neftçi” Peşəkar Futbol Klubu “Uşaq Hüquqları Aylığı”na dəstək verib

OXŞAR MÖVZULAR

kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

admin 23 Aprel 2026
6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.