Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İrana zərbələrdən sonra itmiş uranın yerini açıqladı
DÜNYA

İrana zərbələrdən sonra itmiş uranın yerini açıqladı

03 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“ABŞ-nin İranın ən böyük nüvə obyektlərinə zərbələrindən sonra itmiş 400 kq uran hücumdan əvvəlki yerindədir”​.

Paraqraf.com xəbər verir ki, bu barədə “Əl Cəzirə”yə müsahibəsində İranın xarici işlər naziri Abbas Araqçı bildirib.

Onun sözlərinə görə, 60%-ə qədər zənginləşdirilmiş uran, demək olar ki, tam olaraq zərbələr nəticəsində dağıdılmış müəssisələrin qalıqları altında qalıb.

“Biz onları obyektlər bərpa olunana qədər qalıqların altından çıxarmaq niyyətində deyilik. Əlbəttə, biz bu 400 kiloqramdan nə qədərinin yaxşı vəziyyətdə olduğunu, nə qədərinin itirildiyini bilmirik və onları qalıqların altından çıxarana qədər də bilməyəcəyik”, – İranın XİN rəhbəri deyib.

Araqçı həmçinin ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri nəticəsində dəymiş ziyanın böyük olduğunu vurğulayıb.

Xatırladaq ki, iyunun 13-dən 24-nə qədər İsrail və İran qarşılıqlı olaraq bir-birilərinin ərazilərinə raket zərbələri endirib. İsrailin hücumları zamanı İranın bir neçə nüvə alimi və yüksəkvəzifəli hərbçiləri öldürülüb. Münaqişə zamanı ABŞ də prosesə qoşularaq İranın əsas olaraq İsfahan və Natanza bölgələrində yerləşən nəhəng nüvə proqramları obyektlərinə zərbələr endirib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Ət bazarında görünməz oyunlar: Süni tənzimləmə qiymətləri sabitləşdirmir, təhrif edir”

Next

Sumqayıtda tapılan uşağın valideynləri dilənçilik edirmiş…

Copyright 2026— Praqraf.com. All rights reserved