19 Sen 2026, Şb

Bakıda hərbi parada hazırlıq başlayıb

PAYLAŞIN:

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradla bağlı məşqlər başlanılıb.

Paraqraf.com xəbər verir ki, paytaxt səmasında hərbi təyyarələrin uçuşu müşahidə edilir.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib.

2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu il isə noyabrın 8-də paytaxtın Azadlıq meydanında hərbi parad təşkil olunacaq.

Loading