Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“O özbaşınalıq edərək sakinlərdən vəsait toplayır”: “Azure Residence”dən açıqlama
CƏMİYYƏT

“O özbaşınalıq edərək sakinlərdən vəsait toplayır”: “Azure Residence”dən açıqlama

01 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Bakının Xətai rayonunda yerləşən “Yeni Həyat Şirkətlər Qrupu” MMC-yə məxsus “Azure Residence”in binasının sakinləri istilik sisteminin dayandırılmasından və binanın idarəçiliyində yaranmış problemlərdən narazı olması ilə bağlı məlumat yayılıb.

Paraqraf.com xəbər verir ki, şikayətçi Davud Məmmədov “Azure Residence”in binanı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə (MMMC) təhvil verməkdən imtina etdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, şirkət liftlərin kart sistemlərini, giriş qapılarının təhlükəsizlik mexanizmlərini söküb, qəbul masalarını binadan çıxarıb. D. Məmmədov iddia edir ki, binada yerləşən mərkəzi qazanxana sakinlərə verilmir.

Sözügedən məsələ ilə bağlı şirkətdən “Qafqazinfo”ya verilən açıqlamada qeyd olunub ki, şikayətçi Davud Məmmədovun ictimaiyyətə verdiyi məlumat tamamilə yanlışdır:

“Azure Residence” mərkəzi qazanxana sistemi ilə təchiz edilmiş premium yaşayış kompleksidir. Binada yaşayan sahə mülkiyyətçilərini ümumi əmlakın saxlanması xərclərini vaxtında ödənilməsinə mane olur və nəticədə aidiyyəti – “Azərişıq” ASC, “Azəriqaz” İB, liftlərin servisi, məişət tullantılarının daşınması və s. qurumlara kreditor borc yarandığından xidmətlər zəifləmişdi”.

Bildirilib ki, D. Məmmədov bina sakinləri arasında ödəniş edilməməsinə çağırış edərək kommunal yığımların aşağı salınmasına nail olmuş və nəticə etibarilə gördüyünüz kimi bina sakinlərinin rahat həyat şəraiti pozulmuşdur:

“Bundan əlavə, bir sakinin müraciəti ilə məhkəmə qərarı (yerli baxış keçirilmədən və digər 323 sakinin istəklərini nəzərə almadan – red.) binanın bələdiyyəyə təhvil verilməsi ilə bağlı qərar qüvvəyə minən kimi tərəfimizdən xidmətlərin dayandırılması, təhvil-təslim verilməsi ilə əlaqədar bildirişlər elan lövhələrində və əlçatan yerlərdə yerləşdirilmişdir. Həmçinin də bu işdə bizə dəstək olmaları üçün Xətai rayon Bələdiyyəsinə müraciət edilmişdir”.

İddia olunub ki, şikayətçi D. Məmmədov təhvil təslim prosedurundan yayınaraq obyekti qeyri qanuni “ələ keçirmə” reydi aparıb:

“Hazırda özbaşınalıq edərək sakinlərdən vəsait toplayır. Ən təəssüf doğuran hal isə odur ki, yazıda qeyd olunan şikayətçi Davud Məmmədov – Vəkillər Kollegiyasının üzvü, hüquqşünas olmasına baxmayaraq, məsələləri hüquqi müstəvidə deyil, mətbuat üzərindən, təzyiq və təhqir yolu ilə həll etməyə çalışır. Bu, həm peşə etikası, həm də vəkil davranış qaydalarının pozulmasıdır”.

“Kütləvi informasiya vasitələrinə (şantaj məqsədi ilə) müraciət etməyi son çıxış yolu seçən  Davud Məmmədov bu addımla ajiotaj və çaşqınlıq yaradaraq sakinlərin komfortunun pozulmasına dair atdığı addımı ört-basdır edərək yaranmış vəziyyətdən yayınmaq istəyir. Ümüd edirik ki, Davud Məmmədovun bu hərəkətlərinə hüquq-mühafizə orqanlarında və Vəkillər Kollegiyasında qiymət veriləcək”, – deyə açıqlamada qeyd olunub

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

Next

Bu gündən Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri çıxarılıb

Copyright 2026— Praqraf.com. All rights reserved