Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Məzahir Pənahov da Ramiz Mehdiyevə “Ata” deyirmiş
CƏMİYYƏT

Məzahir Pənahov da Ramiz Mehdiyevə “Ata” deyirmiş

01 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Hazırda həbsdə olan sabiq MSK üzvü Akif Qurbanov sosial media hesabında cinayət məsuliyyətinə cəlb olunan PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında gəzən söz-söhbətlərdən yazıb.

Paraqraf.com “Yeni Sabah”-a istinadən xəbər verir ki, o MSK sədri Məzahir Pənahovun da Ramiz Mehdiyevə “ata” deyə xitab etməsinin şahidi olduğunu bildirib:

“Ata” söhbəti Ramiz Mehdiyevlə bağlı bir xatirəmi yada saldı. İstədim, sizinlə də bölüşüm. Ramiz Mehdiyevə “ata” deyilməsinə bir dəfə də mən şahid olmuşam. 2011-ci ilin fevralında.

Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) 18 üzvünü yenidən təsdiq etmişdi. İlk iclasa Ramiz Mehdiyev gəlmişdi. “Akademik” çıxış etdi.

Hamınızın bildiyi şeylərdən danışdı. Sonda dedi ki, İlham Əliyevin Məzahir Pənahova etimadı davam edir və onun MSK sədri vəzifəsində qalmasını təklif edir.

Məzahir Pənahov yenidən sədr seçiləndən sonra iclası o davam etdirdi.

Prezidentin yüksək etimadından, diqqət və qayğısından başlayıb keçdi Ramiz Mehdiyevi tərifləməyə. Sonda təxminən bunları dedi:

“Prezidentlə yanaşı, onun administrasiyasının rəhbəri kimi biz həmişə sizin də diqqət və dəstəyinizi, himayənizi hiss etmişik. Həmişə sizi özümüzə bir ağsaqqal və ata kimi qəbul etmişik. Sizin dərin bilik və təcrübənizi özümüzə örnək bilib sizdən çox şey öyrənməyə çalışmışıq. Necə ki, atalar, valideynlər öz övladlarının səhvini, nöqsanını görür, amma onları bağışlayır, onlara doğru yol göstərir, inanırıq ki, siz də bizim nə səhvimiz, nöqsanımız varsa, bir ata kimi onları övladlarınızın səhvi kimi qəbul edərək bağışlayacaq, bizə doğru yol göstərəcəksiniz”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əmrah Həsənli: “Bağça uşağının əlində bahalı iPhone var, sonra da deyirlər ki, uşaq oxumur — nə gözləyirsən, ay valideyn?”

Next

Rəşad Sadıqov: “Mən “Zirə”nin baş məşqçisi kimi sevinmirəm”

Copyright 2026— Praqraf.com. All rights reserved