Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 1
  • Milli Məclis buraxılır? – Mehdiyevçi deputatların sayı açıqlandı/VİDEO

Milli Məclis buraxılır? – Mehdiyevçi deputatların sayı açıqlandı/VİDEO

admin 01 Noyabr 2025 8 minutes read
meclis-yeni-1
PAYLAŞIN:

Son günlər Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı başlanan siyasi-hüquqi proseslər fonunda Azərbaycanda yeni parlament seçkilərinin keçirilə biləcəyi ilə bağlı mülahizələr səsləndirilir.

Bəs bu ehtimal hazırkı şəraitdə nə dərəcədə realdır?Milli Məclis hansı hallarda buraxıla bilər və bunun hüquqi mexanizmi nədən ibarətdir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ramiz Mehdiyev ətrafında baş verənlər prosesin getdikcə dərinləşdiyini və hadisələrin artıq müəyyən cavab dəyəri qazandığını göstərir.

Xəbəri videodan da izləyə bilərsiniz:

O qeyd edib ki, ilkin mülahizələrə əsaslanaraq bəzi ehtimallar irəli sürülür:

“Belə iddialar var ki, Milli Məclisdə də Ramiz Mehdiyevə yaxın şəxslər az deyil. Bu səbəbdən parlamentin buraxılması ehtimalı istisna edilmir. Əlbəttə, bunlar hələlik yalnız fərziyyələrdir. Belə bir qərarın reallaşması üçün həm hüquqi, həm də siyasi baxımdan zəruri şərtlərin mövcud olması lazımdır. Milli Məclisin buraxılması ilə bağlı prosedurlar parlamentin nizamnaməsində və Konstitusiyanın 91-ci maddəsində əksini tapıb. Adətən, bu proses iki istiqamətdə başlaya bilər: ya Milli Məclisin öz təşəbbüsü ilə, ya da Prezidentin təşəbbüsü əsasında. 91-ci maddəyə əsasən, Milli Məclisin özünü buraxması ilə bağlı təşəbbüs irəli sürülə, məsələ müzakirəyə çıxarıla və buna uyğun qərar qəbul oluna bilər. Eyni zamanda, Prezidentin siyasi təşəbbüsü ilə də prosesin başlaması mümkündür”.

Oqtay Qasımovun sözlərinə görə, parlamentin buraxılmasına səbəb ola biləcək hallar həm siyasi, həm də prosedur xarakterli ola bilər:

oqtay qasimov 5

“Məsələn, ölkədə yeni siyasi vəziyyət yarandıqda və bu şərait prezidentin təşəbbüsünü zəruri etdikdə, yaxud Milli Məclislə icra hakimiyyəti arasında fikir ayrılıqları və ziddiyyətlər ortaya çıxdıqda proses gündəmə gələ bilər. Eyni zamanda, Milli Məclis Nazirlər Kabinetinin tərkibini iki dəfə təsdiqləməkdən imtina edərsə, bu da parlamentin buraxılması üçün hüquqi əsas yaradır. Digər tərəfdən, əgər Milli Məclis prezidentin təqdim etdiyi məhkəmə, Konstitusiya Məhkəməsi və Mərkəzi Bank İdarə Heyətinin tərkibi ilə bağlı namizədləri iki dəfə ardıcıl olaraq təsdiqləməzsə, bu da parlamentin buraxılması üçün əsas ola bilər”.

Politoloq qeyd edib ki, hazırkı mərhələdə bu istiqamətdə səslənən fikirlər hələlik yalnız ehtimallar səviyyəsindədir:

“İstintaq prosesi dərindən araşdırıldıqca yeni məqamların üzə çıxması mümkündür. Əgər araşdırmalar nəticəsində belə bir addımın zəruri olduğu qənaətinə gəlinərsə, o zaman parlamentin buraxılması məsələsi real müzakirə predmetinə çevrilə bilər. Hazırda isə səslənən bütün fikirlər sadəcə iddia xarakteri daşıyır”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, son zamanlar Ramiz Mehdiyev və onun ətrafı haqqında mətbuatda kifayət qədər məlumatlar yayılıb:

“Yayılan informasiyalarda onun fəaliyyəti dövründə və sonrakı mərhələlərdə qanuna və hüquqa zidd addımlar atdığı barədə iddialar yer alır. Bu barədə dəqiq rəy bildirmək üçün ilk növbədə dövlətin müvafiq qurumlarının mövqeyini gözləmək vacibdir. Ramiz Mehdiyevin vəzifədə olduğu illərdə barəsində yayılan məlumatlar göstərir ki, o, bəzən qanun və hüquq normalarına zidd göstərişlər verib, bu göstərişləri isə müxtəlif vəzifələrdə olan şəxslər yerinə yetiriblər. Əgər məlumatlar həqiqəti əks etdirirsə, həmin şəxslərin hələ də dövlət strukturlarında, o cümlədən parlamentdə təmsil olunması həm qanunsuz, həm də təhlükəlidir. Çünki bu, təkcə dövlət idarəçiliyinə etimadı zədələməz, həm də ədalət prinsipinə zidd olar. Parlamentlə bağlı səslənən iddialar da maraqlıdır. Bildirilir ki, bəzi deputatlar Ramiz Mehdiyevin birbaşa dəstəyi və göstərişi ilə seçilib, yaxud onun maraqlarına uyğun fəaliyyət göstəriblər. Bu məlumatlar təsdiqini taparsa, həmin şəxslərin dövlət orqanlarında təmsilçiliyi istisna edilməlidir. Onların məsuliyyətə cəlb olunmaması ədalətsiz və təhlükəli presedent yaradardı”.

Parlamentin buraxılması məsələsinə gəlincə, Xəyal Bəşirov deyib ki, bu addım yalnız dövlətin rəsmi mövqeyindən sonra dəyərləndirilə bilər:

Xeyal besirov 900x521 1

 

“Əgər Mehdiyevin təsiri ilə formalaşmış deputat qrupu doğrudan da mövcuddursa və bu, kütləvi xarakter daşıyırsa, onların fəaliyyətinə son qoyulması Konstitusiya baxımından parlamentin buraxılmasına səbəb ola bilər. Konstitusiyaya əsasən, Milli Məclisin fəaliyyətə başlaması üçün ən azı 83 deputatın səlahiyyəti təsdiqlənməlidir. Hazırda parlamentdə 125 deputat var. Əgər müəyyən sayda deputatın səlahiyyətlərinə xitam verilsə və nəticədə bu say 83-dən az olsa, parlamentin fəaliyyəti mümkünsüz hala gələcək. Çünki bir çox qanunların qəbul edilməsi üçün 83 səs çoxluğu tələb olunur. Belə vəziyyətdə yeni seçkilərin keçirilməsi qaçılmaz olacaq. Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası müstəqillik dövrünün yeganə əsas qanunudur. O, 2002, 2013 və 2016-cı illərdə referendum yolu ilə dəyişikliklərə məruz qalıb”.

X.Bəşirov 2016-cı ildə edilən dəyişikliklərlə prezidentə parlamenti buraxmaq səlahiyyəti verildiyini açıqlayıb:

“Bu səlahiyyətə əsasən, aşağıdakı hallarda prezident parlamenti buraxa bilər:

1) Parlament il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərəndə;

2) Parlament Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bank İdarə Heyətinə təqdim olunan namizədləri təsdiqləmədikdə;

3) Parlament prezidentin təqdim etdiyi qanun layihələrinə müəyyən olunmuş müddətdə baxmadıqda.

Bu hallar Konstitusiyada parlamentin buraxılmasını əsaslandıra biləcək hüquqi səbəblər kimi göstərilib”.

Müsahibimiz bildirib ki, hazırda Ramiz Mehdiyev ətrafında gedən proseslər fonunda parlamentin buraxılması məsələsi daha çox ictimai müzakirə mövzusudur:

“Əgər Mehdiyevin və ətrafındakı şəxslərin barəsində yayılan məlumatlar, xüsusilə ağır cinayət əməllərinə dair iddialar təsdiqini tapsa və bu şəxslərin parlamentdə təmsil olunduğu sübuta yetirilsə, onların cinayət məsuliyyətinə cəlb olunması məsələsi gündəmə gələ bilər. Bu halda deputatların sayında azalma baş verər və say 83-dən aşağı düşərsə, parlamentin fəaliyyəti faktiki olaraq iflic vəziyyətinə düşəcək. Belə halda onun buraxılması və yeni seçkilərin keçirilməsi zərurətə çevriləcək. Hazırkı mərhələdə isə bu ssenari hələ real görünmür. Dövlət qurumları məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Görünən odur ki, hazırda araşdırmalar və dəqiqləşdirmələr davam edir. Dövlətin rəsmi mövqeyi açıqlanandan sonra proseslərin gedişatına uyğun olaraq parlamentin buraxılması məsələsinə yenidən baxıla, yaxud bu, ümumiyyətlə, zəruri sayılmaya bilər”.

Zaira Akifqızı

Loading

Visited 20 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Metroda bu üsulla da ödəniş edə bilərik
Next: Polis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə aparan yol-Qarabağ Salnaməsi” mövzusunda konfrans keçirilib

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.