Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/19 milyon pul bağışladı
MƏDƏNİYYƏT

19 milyon pul bağışladı

01 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Grammy və Oscar mükafatlı müğənni Billi Ayliş Nyu-Yorkda keçirilən “2025 Wall Street Journal Innovator Awards” gecəsindəki çıxışı ilə diqqət çəkib.

Bu barədə “People” nəşri məlumat yayıb.

Bildirilib ki, o mərasimdə sərvət sahiblərinə müraciət edərək, “əgər pulunuz varsa, onu yaxşı məqsədlər üçün istifadə edin” deyib və zənginləri empatiyaya çağırıb. Müğənni tədbirdə həmçinin 11,5 milyon dollar (təxminən 19.5 milyon AZN) məbləğində ianə edəcəyini açıqlayıb. O, bu addımı ilə gecənin ən çox alqışlanan şəxslərindən biri olub.

Bundan əlavə, Metropolitan İncəsənət Muzeyində baş tutan mərasimdə Ayliş “İlin musiqi yenilikçisi” mükafatına da layiq görülüb. O, çıxışında dünyadakı sosial bərabərsizliklərə diqqət çəkərək bildirib ki, bu gün empatiyaya hər zamankindən daha çox ehtiyac var.

Xatırladaq ki, gecədə “oyunun qaydalarını dəyişən” şəxslər arasında rejissor Spayk Li, aktyor Ben Stiller, model Heyli Biber, “Meta”nın qurucusu Mark Zukerberqin həyat yoldaşı, xeyriyyəçi Prisçilla Çen, eləcə də Mellodi Hobson və Corc Lukas kimi tanınmış adlar da mükafatlandırılıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İki ölkədə bir mərkəzdən idarə olunan “5-ci kolon: “Bazarlıq” cəhdi iflas edir

Next

Azərbaycanlı həkim Türkiyədə vəfat etdi

Copyright 2026— Praqraf.com. All rights reserved