Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Rauf Zeyni: “Qərbi Azərbaycanın irsini beynəlxalq tribunada təqdim etməyə hazır olmalıyıq”
SİYASƏT

Rauf Zeyni: “Qərbi Azərbaycanın irsini beynəlxalq tribunada təqdim etməyə hazır olmalıyıq”

31 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirində çıxış edən Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni layihənin ictimai və beynəlxalq əhəmiyyətini vurğulayıb.

Paraqraf.com xəbər verir ki, o, bildirib ki, bu cür təşəbbüslər Azərbaycan ictimaiyyətinin və QHT-lərin milli irsin qorunması sahəsində birgə fəaliyyətini gücləndirir:

“Biz indi ictimaiyyət olaraq, ictimai təşkilatlar və icmalar olaraq bu məsələləri gündəmə gətirməliyik. ‘Qərbi Azərbaycanın irsi’ layihəsi kimi təşəbbüslərə böyük ehtiyac var. Xüsusilə də bu işlərə peşəkar mütəxəssislər qoşularsa, nəticə daha səmərəli olar. Azərbaycan ictimaiyyəti beynəlxalq tribunada Qərbi Azərbaycan həqiqətlərini təqdim etməyə hazır olmalıdır. Biz artıq dünya ictimaiyyətinin tribunalarına elə səviyyədə çıxmalıyıq ki, orada utanmadan, sıxılmadan öz mövqeyimizi, irsimizi və həqiqətlərimizi təqdim edə bilək. Bu, çox ciddi məsələdir.”

Sonda QHT sədri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihəyə göstərdiyi dəstəyə görə təşəkkür edib və bildirib ki, Qərbi Azərbaycan icması və QHT-lər güclərini birləşdirərək bu istiqamətdə işi yüksək səviyyədə davam etdirməlidirlər.

 

Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib. (QHT.az)

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qarabağ” – “Çelsi” matçına nə qədər bilet satılıb?

Next

Qanunsuzluq edib reklam banerləri arxasında gizlətdilər

Copyright 2026— Praqraf.com. All rights reserved