Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/“Qardaşım doğum günündə dəfn edilir…”
HADİSƏ

“Qardaşım doğum günündə dəfn edilir…”

31 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın Əməkdar artisti Rəfael İsgəndərov uzun illərdir itkin-şəhid Mikayıl Əliyevin yolunu gözlədiklərini bildirib.

Paraqraf.com “Report”a istinadən xəbər verir ki, o, 33 ildən sonra nəşi tapılan mərhumun dəfn mərasimində Mikayılın onlar üçün həmişə böyük qardaş olduğunu söyləyib:

“Mikayıl həmişə bizə böyük qardaş olub, öyüd-nəsihət verib. Biz dəcəllik edəndə qulaqburması da verirdi. Bizim qeyri-müəyyənliyimiz vardı. Şükürlər olsun ki, nəşi tapıldı və bu gün dəfn edilir”.

Şəhid bacısı Zülfiyyə Əliyeva isə qardaşı Mikayılın nəşinin qalıqlarının öz doğum günündə evlərinə gətirildiyini bildirib.

O, qardaşının şəhid olmasını elə o vaxt Xocalı sakinlərdən eşitdiyini vurğulayıb: “Mənə demişdilər ki, qardaşının olduğu yerə bomba düşüb və elə orada da şəhid olub. Lakin valideynlərim bunu qəbul etmirdi. Ümid edirdilər ki, nə vaxtsa gələcək. Özüm bu yaxınlarda Xocalıda olanda orada yol çəkildiyini gördüm. Təəssüflənmişdim ki, qardaşımın nəşi həmin yolun altında qalacaq. Həmin vaxt döyüşlərdə 5 dostu ilə birgə vuruşurdu və şükür ki, hamısının nəşi tapıldı. Bu gün qardaşımın doğum günüdür, 57 yaşı tamam olur. Elə bu gün də dəfn edilir. Bütün itkin ailələrinə arzu edirəm ki, bizim kimi sevinsinlər. Artıq qeyri-müəyyənliyimiz başa çatdı”.

Zülfiyyə Əliyeva həmçinin əlavə edib ki, babası Mirzəbala Əliyev də II Dünya müharibəsində itkin düşüb.

Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. M.Əliyev 26 fevral 1992-ci ildə Xocalıda itkin düşmüş hesab edilirdi. O, bu gün Xəzər rayonu Zirə qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qarabağ” – “Çelsi” oyunu öncəsi proqnoz: kim üstün olacaq?

Next

Müəllimlər iş saatına görə maaş alacaqlar – Təhsil üçün hansı dəyişiklikləri gətirəcək?

Copyright 2026— Praqraf.com. All rights reserved