Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Pakistan Əfqanıstanla danışıqları bərpa etdi
DÜNYA

Pakistan Əfqanıstanla danışıqları bərpa etdi

30 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Pakistan Türkiyənin vasitəçiliyi ilə Əfqanıstanla danışıqları bərpa etməyə razılıq verib.

Paraqraf.com xəbər verir ki, bu barədə Pakistanın “Geo News” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Mənbələr bildirir ki, Pakistan sülhə nail olmaq üçün daha bir şans vermək məqsədilə dialoqu bərpa etmək qərarına gəlib. Əvvəlki danışıqların uğursuzluğundan sonra evə qayıtmağa hazırlaşan Pakistan nümayəndə heyəti müzakirələri davam etdirmək üçün İstanbulda qalma müddətini uzadacaq”, – məlumatda deyilir.

Bildirilir ki, Pakistan Əfqanıstandan öz ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı ciddi tədbirlər görməyi tələb edir.

Qeyd edək ki, daha əvvəl Pakistanın kütləvi informasiya və kommunikasiya naziri Ataullah Tarar İstanbulda Əfqanıstan tərəfi ilə 4 gün davam edən danışıqların nəticəsiz başa çatdığını açıqlamışdı.

Onu da xatırladaq ki, bir müddət əvvəl iki ölkənin sərhədində silahlı toqquşmalar baş vermişdi.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Həkimlərin maaşları artırıla bilər

Next

Sezen Aksu uzun müddət sonra görüntüləndi – Foto

Copyright 2026— Praqraf.com. All rights reserved