Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/Uncategorized/“ABŞ başlasa, Rusiya da eyni addımı atacaq”
Uncategorized

“ABŞ başlasa, Rusiya da eyni addımı atacaq”

30 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Əgər dayandırılmış nüvə sınaqları yenidən həyata keçirilərsə, Rusiya da eyni addımı atacaq”.

Paraqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O, ABŞ Prezidenti Donald Trampın Müdafiə Nazirliyinə (Pentaqon) “dərhal” nüvə sınaqlarına başlaması barədə verdiyi tapşırığı yada salıb:

“Bu məsələ üzrə moratorium mövcuddur. Əgər kimsə bu moratoriumu pozarsa, Rusiya da eyni şəkildə cavab verəcək”.

Peskov həmçinin Trampın bəzi ölkələrin gizli şəkildə nüvə sınaqları apardığı iddialarına münasibət bildirib:

“Bizim bu barədə hər hansı məlumatımız yoxdur. Rusiya yalnız müdafiə sistemlərini təkmilləşdirmək üçün işlər aparır. “Burevestnik” və “Poseydon” kimi nüvə enerjili silah sistemlərinin testləri nüvə sınağı hesab edilə bilməz”.

Kreml sözçüsü əlavə edib ki, ABŞ ilə Rusiya arasında yeni bir silahlanma yarışı yoxdur, lakin mövzu çox həssasdır və mütəxəssislər səviyyəsində danışıqların aparılmasına ehtiyac var.

O həmçinin xatırladıb ki, Prezident Vladimir Putin ABŞ ilə “Yeni Strateji Silahların Azaldılması Müqaviləsi”nin (New START) bitməsindən sonra onun müddətini bir il uzatmağı təklif etmişdi, lakin bu təklifə Vaşinqtondan hələ də cavab verilməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabındakı paylaşımında Pentaqona dərhal nüvə silahının sınaqlarına başlamaq əmri vermişdi.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kəşfiyyatçı-Snayper Feyruzlu Əlibəy Samir oğlunun Əziz Xatirəsinə Həsr Olunmuş Anım Günü

Next

Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

Copyright 2026— Praqraf.com. All rights reserved