20 Sen 2026, Bz

AFFA rəsmisinə UEFA-dan təyinat verilib

PAYLAŞIN:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Sosial ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib.

Paraqraf.com xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

O, UEFA Gənclər Liqasının II təsnifat mərhələsində baş tutacaq “Dinamo Minsk” (Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da baş tutacaq.

Paraqraf.com

Loading