20 Sen 2026, Bz

Qəzzaya hücum əmri verdi

PAYLAŞIN:

İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik müşavirəsindən sonra qərarını açıqlayıb.

Paraqraf.com xəbər verir ki, o atəşkəsin davam etdiyi Qəzza zolağına dərhal və güclü zərbələr endirilməsi barədə orduya əmr edib.

Məlumata görə, sərəncam təhlükəsizlik toplantısının ardınca verilib.

Xatırladaq ki, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəslə bağlı yekun saziş imzalanmışdı.

Paraqraf.com

Loading