20 Sen 2026, Bz

Hava ilə bağlı – Xəbərdarlıq

PAYLAŞIN:

Oktyabrın 29-u axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 30-u gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Paraqraf.com xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Paraqraf.com

Loading