Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 27
  • Ət bazarında monopoliya?- “Artıq karantinin mənası yoxdur”

Ət bazarında monopoliya?- “Artıq karantinin mənası yoxdur”

admin 27 Oktyabr 2025 6 minutes read
6576b69820f336576b69820f3417022788086576b69820f316576b69820f32
PAYLAŞIN:

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq  24 % azdır. Hesabat dövründə Azərbaycan Monqolustandan 349,72 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % az) 87,43 ton (-38 %), Rusiyadan 18,65 min ABŞ dolları dəyərində (+1 865 dəfə) 18,92 ton (+1 892 dəfə), Yeni Zelandiyadan 4,49 min ABŞ dolları dəyərində (+5,4 %) 0,14 ton (-26 %) və Avstraliyadan 0,53 min ABŞ dolları dəyərində (-62 %) 0,03 ton (-40 %) məhsul alıb. 2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3 %-i Monqolustanın payına düşüb.

Qeyd edək ki, hazırda ölkədə heyvan bazarları bağlanıb. Məlum vəziyyətlə bağlı AQTA-nın yaydığı açıqlamada qeyd edilib ki, mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır:

“Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”.

Bir sıra ölkələrdən ət idxalı, yerlərdə isə ət satışının qadağan edilməsi nəyin göstəricisidir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli  bildirib ki, indiki şərait ət bazarını monopoliyaya almaq üçün fürsət yaradır:

“Dabaq xəstəliyinin yayılması ət bazarında müəyyən dalğalanmalara səbəb olur. Bir tərəfdən ət bazarında qıtlıq yaranır, qiymət bahalaşır.  Digər tərəfdən isə müştərilər azalır, qorxurlar ki, dabaq xəstəliyinə yoluxmuş heyvanın ətini satarlar. Əksəriyyət qida üçün toyuq, balıq kimi məhsullara üstünlük verir.  Çalışırlar ki, qoyun, mal əti almasınlar. Bazara çıxış azalır, digər tərəfdən isə ət istehsalçıları, heyvandarlıqla məşğul olan fermerlər çox ciddi şəkildə müştəri itirirlər. Yəni belə bir vəziyyətdə ölkədə heyvandarlıqla məşğul olan fermerlərin fəaliyyətinə çox ciddi zərbə dəyir. Belə bir şəraitdə hansısa bir sahibkar bu sahədə monopoliyaya cəhd göstərə bilər.

Azərbaycanda ət bazarında monopoliya yaratmaq o qədər də asan iş deyil. Kimə gedib demək olar ki, sən heyvan saxlama? Əhalinin də məşğulluq səviyyəsi aşağıdır. Kəndlərdə örüş yeri olmasa da, kəndlərdə çıxış yolu kimi qapalı şəraitdə heyvan bəsləyir, bazara çıxarır, onunla dolanır. Bütün Aran rayonlarında, şəhərlərdə qapalı şəraitdə ferma qurublar. Ağcabədi, Beyləqan, Biləsuvar, Cəlilabad, İmişli, Ağdam,  Bərdə, Yevlaxda şəhərin mərkəzində  10 sot torpağı olan vətəndaş gedib 20 dana alıb gətirir və bəsləyib, satır. Ona görə də inhisarçılıq istehsal prosesində deyil,  satış üzərində monopoliya isə artıq qurulub.  Bakı, Gəncə kimi böyük şəhərlərdə ət satışı hazırda tam şəkildə inhisardadır. Əgər Bakıda, digər böyük şəhərlərdə ət satışının inhisarı olmasaydı, ətin qiyməti bu qədər “kəlləçarxa” qalxmazdı. Yəni ət rayondan gəlib piştaxtaya çıxana qədər  bir neçə əldən keçir.

Sahibkar heyvanı bazara çıxardıqda, orada bir qrup  onları alır, Bakıya gətirir. Bir qrup da ondan alıb bazarda kəsib satır. Yəni ət alıcıya çatana qədər üç əldən keçir. Həmin üç proses zamanı da onun üzərinə əlavə dəyər gəlir. Beləliklə də ət bahalaşır. Ancaq hökumət şərait yaratsa, məsələn, Beyləqanda  heyvan saxlayan sahibkar birbaşa Bakıda satış həyata keçirmək imkanı qazansa, onda 20-30 faiz ucuz satacaq. Bu da əhalinin xeyrinə olardı. Ət bazarında inhisarçılıq məsələsi artıq həll olunduğu üçün bundan sonrakı inhisarçılığı reallaşdırmaq çətin məsələdir.Ona görə də inanmıram indiki şərait inhisarçılıqla bağlıdır”.

Ekspertin sözlərinə görə, sadəcə olaraq dabaq çox sürətlə yayılan xəstəlikdir:

“Hökumət də tədbirləri gecikdirdi. Peyvəndləməni zəif apardılar. İnkubasiya dövrünün intensivliyi oktyabr ayının 10-da pik həddə çatmışdı. Ancaq ondan 15 gün sonra qadağa qoyuldu. Bu, o deməkdir ki, hazırda dabaq xəstəliyinin inkubasiya dövrü keçib. Artıq yayılma zənciri qırılıb vı qadağaların  tətbiq edilməsinin heç bir mənası yoxdur. Heyvan xəstəliyi 1 həftə, 10 gün yaya bilir. Ondan sonra ya heyvan ölür, ya da o daxildəki virusu məhv edir.

Ona görə də bu proseslər mənasızdır və fermerlərə ziyan vuracaq. Ölkənin kənd təsərrüfatı sahəsinə nəzarət zəifdir.  Sadəcə olaraq protokol tərtib edirlər ki, dabaq xəstəliyi yayılıbsa, karantin eln olunmalıdır. Nazirlikdə, Baytarlıq Xidmətində, AQTA-da rəhbərlik qərar verir ki, ayın 25- də elan olunsun. Bu doğru deyil. Şəraitə baxmaq lazımdır. Karantini  yayılmanın  şiddətlənmə dövründə etmək lazımdır ki, yayılma zənciri qırılsın. İndi o zəncir təbii şəkildə qırılıb. Bundan sonra karantinin mənası yoxdur. Atalar sözü var: “Daldan atılan daş, topuğa dəyər”.

Nigar Abdullayeva

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda mobil telefonlar KƏSKİN BAHALAŞACAQ – 100 manat aksiz vergisi…
Next: “Daş kimiyəm, Madonna görsə qısqanar” – FOTO

OXŞAR MÖVZULAR

hXPKD2P9b7F5bZXh1l9BPL2U7gUnNQUaaVjt8ZIx_1200

Azərbayсan ət idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

admin 23 Aprel 2026
Dovlət-Vergi-Xidməti

Dövlət Vergi Xidmətinə müraciətlərin sayı 14 %-ə yaxın azalıb

admin 23 Aprel 2026
hxw9id4tUS1R1gIuyIxtiLdSazVyxzRcSLefr2BT_1200

Azərbaycanın vergi orqanları I rübdə 89 cinayət işi açıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.