Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Sumqayıt avtobusları kart sisteminə keçir – TARİX AÇIQLANDI
CƏMİYYƏT

Sumqayıt avtobusları kart sisteminə keçir – TARİX AÇIQLANDI

24 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:
Bir neçə il öncə Sumqayıtda sərnişin daşıyan avtobuslarda kart sistemi quraşdırılsa da, yeniliyin tətbiqi uzun sürməyib.
Gedişhaqqının nağdsız şəkildə ödənilməsinə tam olaraq 2021-ci ilin sentyabrında başlanılıb, yenilik cəmi 54 gün davam edib. Heç iki ay keçmədən 200-dən çox avtobusda quraşdırılan validatorların yararsız olması səbəbindən nağdsız ödəniş sistemi ləğv edilib.
Üç ildən çoxdur ki, şəhər sakinləri gedişhaqqını köhnə üsulla ödəməyə davam edirlər.
Sakinlərin sözlərinə görə, şəhərdə fəaliyyət göstərən, xüsusilə, mərkəzdən şəhər kənarına hərəkət edən avtobuslar müasir standartlara cavab vermirlər.
Xatırladaq ki, oktyabrın 1-dən ictimai nəqliyyatda gedişhaqqı 50 qəpikdən 60 qəpiyə artırılıb.
Bu artım paytaxtda ödənişin “Bakıkart”la ödənildiyi və müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslara aiddir.
Bəs hazırda vəziyyət necədir? Sumqayıtda fəaliyyət göstərən marşrut avtobuslarında gedişhaqqının kartla ödəmək nə zaman mümkün olacaq?
Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov Bizim.Media-ya deyib ki, ilin sonunadək Sumqayıtın avtobus parkı yenilənəcək:
“Bizə daxil olan məlumata görə, ilin sonunadək Sumqayıt şəhəri 100 CNG (sıxılmış təbii qaz) və elektriklə işləyən nəqliyyat vasitələri ilə təmin olunmalıdır. Yanvardan isə kart sistemi tətbiq olunacaq.
Gedişhaqqı ilə bağlı qərar Sumqayıtın heç bir marşrut avtobusuna aid edilməyib.
Çünki Sumqayıtda heç bir marşrut avtobusunda kart sistemi yoxdur və nəqliyyat vasitələri qeyd edilən standartlara cavab vermir. Bir sözlə, bu, dövlət səviyyəsində olan məsələdir.
Hazırda Sumqayıtda gedişhaqqı 50 qəpikdir. Yeni avtobuslar gəldikdə və kart sistemi qurulduqda sərnişinlərin kartından gedişhaqqı avtomatik olaraq 60 qəpik çıxacaq”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Valideynlərin uşaqları üzərində təzyiqi: uğur, yoxsa psixoloji zərbə?

Next

“Hökümət 3 pilləli rejimlə maaşları, vergiləri bərpa edir”

Copyright 2026— Praqraf.com. All rights reserved