20 Sen 2026, Bz

Gələn ildən Laçına müntəzəm uçuşlara başlanıla bilər

PAYLAŞIN:

2026-cı ildə Laçın Beynəlxalq Hava Limanına müntəzəm təyyarə reyslərinin həyata keçirilməsinə başlanıla bilər.

Paraqraf.com “Report”a istinadla xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gələn il “Azərbaycan Hava Yolları” QSC Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi reyslərin, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi, Füzuli və Laçın aeroportlarına təşkil edəcəyi reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə dövlət büdcəsindən 5,9 milyon manat vəsait alacaq.

Paraqraf.com

Loading