Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Gələcəyin iqtisadiyyatı: Rəqəmsal bacarıqlar və əmək bazarının transformasiyası
İQTİSADİYYATMANŞETÖZƏL

Gələcəyin iqtisadiyyatı: Rəqəmsal bacarıqlar və əmək bazarının transformasiyası

23 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu gün dünya sürətlə rəqəmsallaşır. Texnologiyanın inkişafı insan həyatını, iş dünyasını və təhsil sistemini əsaslı şəkildə dəyişdirir. Rəqəmsal yeniliklər bir tərəfdən bir çox ənənəvi peşələri aradan qaldırsa da, digər tərəfdən yeni imkanlar və ixtisasların yaranmasına zəmin yaradır.

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Paraqraf.com-a açıqlamasında bildirib ki, qlobal iqtisadiyyatın rəqəmsallaşması əmək bazarının strukturunu köklü şəkildə dəyişir. Onun fikrincə, gələcəyin iqtisadiyyatında əsas dəyərlər rəqəmsal savadlılıq, çeviklik və yaradıcılıq bacarığı olacaq:

“Azərbaycan da bu qlobal trendlərə uyğunlaşmaq üçün təhsil və gənclər siyasətində ciddi islahatlar həyata keçirir. Rəqəmsal bacarıqların məktəb təhsilinə inteqrasiyası, eləcə də “Digital Skills”, “İnnovasiya Mərkəzləri” və “Rəqəmsal Yeteneklər Akademiyası” kimi təşəbbüslər gənclərin gələcək əmək bazarına uyğun formalaşdırılmasına xidmət edir.

Bununla yanaşı, rəsmi təhsildən kənar qısa onlayn kurslar, startap proqramları və beynəlxalq sertifikatlaşdırma imkanları da gənclərin rəqəmsal dünyaya daha çevik adaptasiyasını təmin edir.

Nəticə etibarilə, gələcəyin iqtisadiyyatına texnologiya yön verir və bu şəraitdə rəqəmsal bacarıqlar gənclərin ən böyük kapitalına çevrilir. Təhsil sistemi və dövlət siyasəti isə bu transformasiyanın mərkəzində dayanaraq yeni nəsil üçün real fürsətlər yaradır”.

Validə Cəfərova
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Eldar Mahmudov həbs oluna bilər?

Next

Qızılın qiymətinin aşağı düşməsinin əsas səbələri hansılardır? – AÇIQLAMA

Copyright 2026— Praqraf.com. All rights reserved