Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Qızılın qiyməti kəskin ucuzlaşdı
İQTİSADİYYAT

Qızılın qiyməti kəskin ucuzlaşdı

22 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Qiymətli metallar bazarında genişmiqyaslı satışların təsiri ilə qızıl 2013-cü ildən bəri ən kəskin enişini, gümüş isə 2021-ci ildən bu yana ən böyük qiymət itkisini yaşayıb.

Paraqraf.com xəbər verir ki, bir neçə həftə davam edən və qiymətli metalların ardıcıl olaraq rekord səviyyələrə yüksəlməsinə səbəb olan “rallidən” sonra qızılın qiyməti kəskin şəkildə geriləyib.

Dünən qızılın bir unsiyasının qiyməti 4381,52 ABŞ dollarına qədər yüksələrək yeni zirvəyə çatmışdı. Lakin bu gün qlobal birjalarda qızıl 6,3% ucuzlaşaraq son 12 ilin ən böyük geriləməsini qeydə alınıb.

Qiymətlərin düşməsində bir sıra amillər rol oynayıb — Çin və ABŞ arasında aparılan müsbət ticarət danışıqları, dolların möhkəmlənməsi, ABŞ hökumətinin fəaliyyətindəki fasilə səbəbindən investorların mövqelərində yaranan qeyri-müəyyənlik, eləcə də Hindistanda mövsümi qızıl alışı dalğasının başa çatması kimi faktorlar qiymətli metalların dəyərini aşağı salıb.

ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Si Cinpinin gələn həftə ticarət sahəsində fikir ayrılıqlarını aradan qaldırmaq üçün görüşəcəkləri gözlənilir. Bu görüşə dair optimizm “təhlükəsiz liman” kimi qəbul edilən qızıla tələbi azaldıb. Eyni zamanda, ABŞ dollarındakı artım qızılı digər valyutalarla alan investorlar üçün daha baha edib.

Bu il təxminən 80% bahalaşan gümüş də bu gün eniş tendensiyasına qoşulub.

Bakı vaxtı ilə saat 23:25-ə olan məlumata görə, Nyu-York birjasında qızılın unsiyasının qiyməti 6 % azalaraq 4108 dollara, gümüşün qiyməti isə 7,8% düşərək 48,38 dollara ticarət olunub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mingəçevirdə kanalda 39 yaşlı kişi batdı

Next

Birinci Türkoloji Qurultayın 100 illiyi keçiriləcək – SƏRƏNCAM

Copyright 2026— Praqraf.com. All rights reserved