Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Orta məktəblərdə dərs yükünün azaldılması: Tənbəllik yox, keyfiyyətli təhsilə doğru addım
ELM VƏ TƏHSİLMANŞETÖZƏL

Orta məktəblərdə dərs yükünün azaldılması: Tənbəllik yox, keyfiyyətli təhsilə doğru addım

21 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Günümüzdə təhsil sistemindəki yenilik və islahatlar arasında ən çox müzakirə olunan məsələlərdən biri də orta məktəblərdə dərs yükünün azaldılmasıdır. Bir çox valideyn və müəllim bu dəyişikliyi tənbəlliyə səbəb kimi qiymətləndirsə də, mütəxəssislər bunun əksini düşünür – yəni söhbət tənbəllikdən deyil, daha sağlam və effektiv təhsil modelinə keçiddən gedir.

Mövzu ilə bağlı Paraqraf.com-a danışan təhsil eksperti Əmrah Həsənli, bu dəyişikliyin pedaqoji və psixoloji baxımdan zəruriliyini əsaslandıraraq, dərs yükünün azaldılmasının təhsilin keyfiyyətinə necə müsbət təsir edə biləcəyini vurğulayıb:

Əmrah Həsənli: "QHT.az QHT sektorunun gündəmini formalaşdırmaqda müstəsna rol oynamışdır"

“Əlbəttə, bu məsələ uzun müddətdir ki, həm pedaqoji, həm də psixoloji baxımdan ciddi müzakirə mövzusudur. Mən dəfələrlə qeyd etmişəm ki, şagirdləri bu qədər yükləmək nə pedaqoji baxımdan səmərə verir, nə də onların öyrənmə motivasiyasını qoruyur”.

Ekspertin sözlərinə görə, hazırda məktəblərdə dərs yükü balanssız şəkildə tətbiq olunur – nəzəri biliklər çoxdur, praktik və yaradıcı fəaliyyət isə demək olar ki, arxa plandadır. Uşaqlar səhər saatlarından günortaya qədər məktəbdə dərs dinləyir, axşam saatlarında isə testlər, ev tapşırıqları və hazırlıq dərsləri ilə yüklənirlər. Bu isə nəticə etibarilə öyrənməni bir zövq deyil, məcburiyyətə çevirir.

Əmrah Həsənli bildirir ki, dərs yükünün azaldılması heç də tədrisin keyfiyyətinin aşağı düşməsi demək deyil. Əksinə, bu, daha məqsədyönlü və səmərəli öyrənmə mühitinin formalaşmasına imkan yarada bilər:

“Əsas məsələ — azaldılan yükün yerinə daha dərin, praktik və tətbiq yönümlü öyrənmə metodlarının gətirilməsidir. Məsələn, az mövzu, amma həmin mövzu üzərində daha çox müzakirə, tədqiqat və layihə işi aparmaq uşaqlarda düşünmə, analiz etmə və nəticə çıxarma bacarığını artırar”.

Ekspert həmçinin əlavə edir ki, dərs yükünün azaldılması yalnız şagirdlər üçün deyil, müəllimlər üçün də motivasiyaedici ola bilər. Az yük – daha çox yaradıcılıq, yeni metodlara açıq olmaq və dərsə həvəslə yanaşmaq deməkdir:

“Bundan əlavə, az dərs yükü həm müəllimlərin yaradıcılığını artırar, həm də şagirdlərin psixoloji rahatlığını təmin edər. Hər şeyi əzbərlətmək əvəzinə, düşünməyi, analiz etməyi, sual verməyi öyrətmək lazımdır. Qısası, dərs yükünü azaltmaq ‘tənbəllik’ yaratmaz, əksinə, öyrənməni daha dəyərli və məqsədyönlü edər. Əgər bu proses sistemli və elmi əsaslarla həyata keçirilərsə, mən inanıram ki, bu addım təhsilin keyfiyyətinə yalnız müsbət təsir göstərəcək”.

Validə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında memorandum imzalanıb

Next

Siyasətçilərin sosial media savaşı: reallıq, yoxsa şou?

Copyright 2026— Praqraf.com. All rights reserved