Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Mənim üçün unudulmaz bir təcrübə oldu – maraqlı bir kampda keçirdiyim günlər
ÖZƏLCƏMİYYƏT

Mənim üçün unudulmaz bir təcrübə oldu – maraqlı bir kampda keçirdiyim günlər

21 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Orada gözəl insanlarla tanış oldum, təbiətlə birləşdim, istedadlı uşaqlar gördüm və hər an yeni bir şey öyrəndim. Hər şey səhər telefonuma gələn bir zənglə başladı. Səsi sakit, məlahətli və enerji dolu bir müəllim mənə xoş sözlər dedi və məni öz kampına dəvət etdi. Bu kamp ingilis dilində təhsil, təbiətlə ünsiyyət və gördüklərini ingilis dilində ifadə etməyi birləşdirən maraqlı bir layihə idi.

Həmin gün yola düşərkən həm həyəcanlı, həm də düşüncəli idim. İlk dəfə çadırda qalacaqdım – meşədə, təbiətin qoynunda. Düşünürdüm: “Oradakı insanlar necə olacaq? Mən onlarla uyğunlaşa biləcəyəmmi?”

Çatanda qarşıma çıxan ilk mənzərə məni valeh etdi. Şagirdlər və müəllimlər məni səmimi şəkildə qarşıladılar. Bir masa ətrafında oturub adlarımızla tanış olduq, daha sonra çadırlarımızı qurduq. Hər kəsin gülüşü, danışığı və marağı o anı əsl əyləncəyə çevirdi.

Gecə tonqal ətrafında toplandıq. Hər kəs öz hekayəsini danışdı, müəllimimiz isə hər sözü ingiliscəyə çevirərək uşaqları öyrədirdi. İlk dəfə ana təbiət qoynunda, meşədə, çadırda tək qalmaq hissini yaşadım. Səhər açılarkən gördüyüm mənzərə qəlbimdə əbədi iz buraxdı: günəş işığı ağacların üzərinə düşərək yaşıl parıltı yaratmışdı. Torpağın qoxusu, yarpaqların rəngarəngliyi, quşların cingiltiləri – insanı valeh edən bir musiqi kimi idi. Bu gözəlliyi Allahın bir hədiyyəsi kimi qəbul etdim və şükür etdim.

Hər səhər idmanla başladı. Müəllimimiz tövsiyələr verərək hərəkətləri göstərirdi. Bədənimizi və ruhumuzu oyadırdıq. Bir gün isə yağış başladı. Amma heç kimin əhval-ruhiyyəsi pozulmadı. Əksinə, yağış təbiəti daha da rəngarəng etdi – hər şeyə başqa bir ruh, başqa bir enerji verdi.

Burada hər kəs – həkim, müəllim, şagird, yazar, bloqqer, hətta Pakistanlı qonaqlar – öz sahəsində istedadlı və gələcəyin ümidverici insanları idi. Onlarla tanış olmaq mənim üçün böyük bir xoşbəxtlik oldu.

Bu təcrübə mənə göstərdi ki, belə kamplar daha çox təşkil olunmalıdır. İnsanlar təbiətlə təmasda olmalı, onu qorumağı öyrənməli və hər anın, hər gözəlliyin qədrini bilməlidirlər. Bu kamp mənə həm insanlara, həm təbiətə, həm də öz içimə baxmaq üçün nadir bir fürsət verdi.

Hər detalı, hər səsi, hər rəngi ömrümün sonuna qədər yaddaşımda saxlayacağam.

Elçin Ağasıyev

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Like” üçün yaşayan nəsil – rəqəmsal asılılıq böhranı

Next

Lavrov və Rubio telefon danışığı zamanı hansı məsələləri müzakirə ediblər? – Politoloq AÇIQLAYIR

Copyright 2026— Praqraf.com. All rights reserved