Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ŞOU-BİZNES/Ferhad Göçerin “Çırpınırdı Qara dəniz” ifası ayaq üstə alqışlandı: VİDEO + FOTO
ŞOU-BİZNES

Ferhad Göçerin “Çırpınırdı Qara dəniz” ifası ayaq üstə alqışlandı: VİDEO + FOTO

20 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə türk dünyasının sevilən sənətçilərindən biri, tanınmış müğənni Ferhad Göçer Heydər Əliyev Sarayında unudulmaz konsert proqramı ilə çıxış edib. 

Paraqraf.com xəbər verir ki, möhtəşəm gecə boyunca tamaşaçılara duyğulu musiqi ziyafəti yaşadan Göçer ən sevilən, dillərəzbərinə çevrilən hitlərini canlı səsləndirib. Ferhad Göçer səhnəyə çıxan andan etibarən tamaşaçılarla səmimi ünsiyyət quraraq həm klassik repertuarından, həm də yeni layihələrindən parçalar ifa edib.

Ferhad Göçer çıxışı zamanı Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib: “Bakıda olmaq, bu gözəl səhnədə sizlər üçün oxumaq mənim üçün böyük şərəfdir. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, bunu hər səfərimdə daha da dərindən hiss edirəm.”

Gecənin sürprizi isə “Çırpınırdı Qara dəniz” mahnısının səsləndirilməsi olub. Türk dünyasının azadlıq və birlik rəmzi olan bu əsəri Göçerin özünəməxsus şəkildə təqdim etməsi zalda duyğusal anlar yaşadıb. Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran sənətçini tamaşaçılar ayaq üstə alqışlayaraq ona olan sevgilərini və hörmətlərini nümayiş etdiriblər. Sözügedən ifa 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilib.

Gecənin sonunda Ferhad Göçer tamaşaçıların istəyi ilə ikinci dəfə səhnəyə çıxıb və gür alqışlarla yola salınıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan: Sülh və əməkdaşlığın etibarlı dayağı

Next

Xaçmaz sakini güllələnib: Şübhəli şəxs polisə təslim olub

Copyright 2026— Praqraf.com. All rights reserved