Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/BMU-da icbari tibbi sığorta ilə bağlı məlumat sessiyası
MANŞETELM VƏ TƏHSİL

BMU-da icbari tibbi sığorta ilə bağlı məlumat sessiyası

20 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakı Mühəndislik Universitetində (BMU) tələbə və əməkdaşlar  üçün “İcbari  tibbi sığorta” mövzusunda məlumat sessiyası təşkil olunub.

Tədbirdə öncə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə çıxış edərək ölkəmizdə icbari tibbi sığortanın tətbiqi istiqamətində dövlətimizin atdığı mühüm addımlar, bu sahədə həyata keçirilən islahatlar, əhalinin keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunması məqsədilə görülən işlərdən danışıb. Prorektor həmçinin bildirib ki, BMU əməkdaşları və tələbələrinin sosial rifahı, sağlamlığının qorunması universitet rəhbərliyinin daim diqqət mərkəzindədir və belə tədbirlərin keçirilməsi kollektivin məlumatlılığının artırılmasına xidmət edir.

Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Fuad Bayramov çıxış edib. O, icbari tibbi sığortanın mahiyyəti, məqsədləri, vətəndaşlara təqdim etdiyi üstünlüklər barədə zəruri informasiyaları nəzərə çatdırıb. Qeyd olunub ki, icbari tibbi sığorta sistemi hər bir vətəndaşa maddi vəziyyətindən asılı olmayaraq, zəruri tibbi xidmətlərdən bərabər şəkildə yararlanmaq imkanı verir.

Tədbirdə, eyni zamanda sığorta zərfinə daxil olan və olmayan xidmətlər, dövlət tibb müəssisələrinə müraciət qaydaları, xidmətlərin qarşılanma mexanizmi barədə danışılıb. Bundan başqa, dərman təminatının hansı halda sığorta çərçivəsində qarşılanması, xəstəxanalarda uzun müalicə və əməliyyat növbələrinin azaldılması, sığorta ilə özəl klinikalarda müalicə və əməliyyat imkanlarının tətbiqi və s. məsələlərə toxunulub.

Sonda iştirakçıların sualları cavablandırılıb, icbari tibbi sığorta sisteminin praktik tətbiqi ilə bağlı nümunələr müzakirə olunub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

BMU-da Dayanıqlı İnkişaf Məqsədləri həftəsinə start verilib

Next

Bu gün Zəngilan Şəhər Günüdür

Copyright 2026— Praqraf.com. All rights reserved