Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Avropa İttifaqında müzakirələr: Ukraynaya görə mövcud qaydalar dəyişir?
DÜNYA

Avropa İttifaqında müzakirələr: Ukraynaya görə mövcud qaydalar dəyişir?

20 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Avropa İttifaqı (Aİ) Ukraynanın qəbulunu sürətləndirmək üçün yeni ölkələrin üzvlük qaydalarına dəyişiklikləri müzakirə edir.

Paraqraf.com xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat verib.

Məlumata görə, mexanizm yeni ölkələrin səsvermə hüququ olmadan Aİ-yə üzv ola bilməsini nəzərdə tutur ki, bu da “Macarıstandan Viktor Orban kimi liderlərin Ukraynanın üzvlüyünə daha mülayim yanaşmasını təmin edir”.

Qəzet vəziyyətlə tanış olan avropalı diplomatlara istinad edərək bildirib ki, Aİ-yə üzvlük qaydalarının dəyişdirilməsi təklifi inkişafın ilkin hazırlıq mərhələsindədir və bütün mövcud ölkələr tərəfindən təsdiqlənməlidir.

İdeya ondan ibarətdir ki, Aİ ayrı-ayrı ölkələrin onun qərarlarına veto qoymasını çətinləşdirmək üçün fəaliyyət sistemini tamamilə dəyişəcək və bundan sonra yeni üzvlər bütün hüquqlara sahib olacaqlar.

Xatırladaq ki, 2022-ci ilin iyununda Ukrayna Aİ üzvlüyünə namizəd statusu alıb. Aİ-yə üzv olan 27 ölkənin hamısının liderləri bu qərarın lehinə səs veriblər, 2023-cü ilin dekabrında isə Ukraynanın quruma qoşulması ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər. Lakin Macarıstan Ukraynanın tələsik şəkildə Aİ-yə üzv qəbul edilməsinə qəti etirazını bildirib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident statistika sahəsində çalışan bir qrup şəxsi təltif etdi – SİYAHI

Next

Günəşdə partlayışlar sabitləşməyə doğru gedir? – Alimlərdən açıqlama

Copyright 2026— Praqraf.com. All rights reserved