20 Sen 2026, Bz

Türkiyə Milli Müdafiə Nazirliyi: “Azərbaycanla birlikdə olmağa davam edəcəyik”

PAYLAŞIN:

Türkiyə Milli Müdafiə Nazirliyi 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

Paraqraf.com xəbər verir ki, nazirlik bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“İki bədəndə bir can – Türkiyə və Azərbaycan! Qardaş Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, qəhrəman Azərbaycan xalqını ürəkdən salamlayırıq.

Qardaşlarımızla “Bir Millət, İki Dövlət” anlayışı ilə həmişə birlikdə olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, – deyə paylaşımda qeyd olunub.

Paraqraf.com

Loading