Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 18
  • “Onların hamısına müstəqil dövlətlərini qurmaq nəsib olmayıb”

“Onların hamısına müstəqil dövlətlərini qurmaq nəsib olmayıb”

admin 18 Oktyabr 2025 7 minutes read
IMG-20251018-WA0016
PAYLAŞIN:

“Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında qəbul etdiyi və elə həmin gün də Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Müstəqillik Günü haqqında” Qanuna əsasən 18 oktyabr respublikamızda Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur. Müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və tarixi nailiyyətidir. Dünyada xalqların sayı çoxdur. Ancaq onların heç də hamısına müstəqil dövlətlərini qurmaq nəsib olmayıb”.

Paraqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Samir Vəliyev deyib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan xalqını xoşbəxt xalq adlandırmaq mümkündür:

“Çünki bizim milli maraqlarımızı qətiyyətlə qoruyan müstəqil dövlətimiz var, aylı, ulduzlu üçrəngli bayrağımız BMT-nin və digər beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır, dünyanın ən böyük arenalarında himnimiz səslənir. Müstəqil ölkənin vətəndaşı olmaq və tarixi proseslərə şahidlik etmək hər birimiz üçün son dərəcə qürurvericidir”.

Millət vəkili müstəqillik tariximizə qısa nəzər salaraq bildirib ki, dövlətçilik ənənələrimizin bərpası baxımından XX yüzillik xüsusilə əlamətdar olub:

“Belə ki, ötən yüzillikdə Azərbaycan xalqı iki dəfə müstəqil dövlət qurmağa nail olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir mərhələni təşkil edir. Şərqdə ilk demokratik respublika olan AXC dövlət quruculuğunda, idarəetmədə, parlamentin formalaşmasında, o cümlədən qadınların seçmək və seçilmək hüquqlarının tanınmasında bir sıra yeni, mütərəqqi ənənələrin əsasını qoyub. Ancaq AXC-nin ömrü uzun olmayıb – cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. “Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşadıb və müstəqil dövlətini qurmağa can atıb. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yaranıb. Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib”.

Samir Vəliyev ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyimizin bərpasında xalqımızın müdrik oğlu, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb. Onun sözlərinə görə, müdrik siyasətçi olan Heydər Əliyev keçmiş sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən rejimin ideoloji buxovlarına baxmayaraq, xalqımızın özünə inam və milli kimlik hisslərini gücləndirib, azərbaycanlı gəncləri keçmiş ittifaqın qabaqcıl ali məktəblərində təhsil almağa göndərməklə milli kadrlar ordusu formalaşdırıb, həmçinin respublikanın möhkəm iqtisadi əsaslarını yaradıb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan məhz bu iqtisadi, siyasi və ideoloji bazaya əsaslanmaqla ayaqda durub və öz inkişafını təmin edib.

S.Vəliyev müstəqiliyimizin bərpası dövründə respublikamızda cərəyan edən ictimai-siyasi prosesləri də xatırladıb. Deputat bildirib ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində tarixi şərait yetişəndə xalqımız yumruq kimi birləşərək meydanlarda “Azadlıq”, “Müstəqillik” şüarlarını ucadan səsləndirirdi:

“Xalq müstəqillik uğrunda mücadiləyə daxilən hazır idi. Həmin dövrdə Heydər Əliyev Naxçıvanda müstəqilliyimizə aparan yolun başlanğıcını qoyub. Belə ki, Muxtar Respublikanın Ali Sovetinin17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarılıb. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırılıb. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Eyni zamanda, Heydər Əliyevin çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırıb, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaradıb. Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırılıb, onun bütün strukturları ləğv edilib. 1991-ci il avqustun 30-da respublika Ali Sovetinin növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış edib və nəticədə həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edilib. “10 müddəadan ibarət həmin bəyannamə sonrakı mərhələdə respublikamızın müstəqilliyi ilə bağlı digər hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi üçün əsas oldu. 1991-ci il oktyabrın 18-də Ali Sovet məhz bu bəyannaməyə istinad edilməklə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Sənəddə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi təsbit edilib”.

Parlamentari bildirib ki, 2003-cü ildən etibarən müstəqil dövlətimizin sükanı Prezident İlham Əliyevin əlindədir: “Dövlətimizin başçısı Heydər Əliyev ideyalarına sadiq qalmaqla Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ümummilli ideyalarımızın reallaşması, ölkəmizin inkişafı, xalqın rifah halının yaxşılaşması naminə uğurlu siyasət həyata keçirir.

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə, heç şübhəsiz ki, öz gücünə 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini tam təmin etməsidir. Artıq Şuşa, Xankəndi, Xocalı da daxil olmaqla respublikamızın hər yerində Azərbaycan Bayrağı əzəmətlə dalğalanır”.

Paraqraf.com

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Astanada ikinci iclas keçiriləcək”
Next: “Putinə də məsləhət gördüm ki, artıq razılaşmaq vaxtıdır”

OXŞAR MÖVZULAR

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026
17045b47-6174-3cb7-b9d5-2beef65c2369_1200

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.