Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Millimiz 10 il sonra dünya çempionu elan edildi
İDMAN

Millimiz 10 il sonra dünya çempionu elan edildi

18 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Yunan-Roma güləşi üzrə millimiz 10 il sonra dünya çempionatının qalibi elan edilib.

Paraqraf.com Prosport.az-a istinadla xəbər verir ki, buna səbəb ən ağır çəkidə rusiyalı olimpiya, üçqat dünya və Avropa çempionu Bilyal Maxovun qanında dopinq tapılmasıdır.

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) onu 5 illik cəzalandırıb. Bu səbəbdən onun 10 yanvar 2015-ci ildən 27 yanvar 2020-ci ilədək qazandığı nailiyyətlər sıfırlanıb. Kabardin-Balkariyadan olan güləşçi bu müddətdə 2 bürünc medal qazanıb. Belə ki, ABŞ-nin Las-Veqas şəhərində keçirilmiş dünya çempionatında Maxov həm sərbəstlərdə (125 kq), həm də yunan-Roma güləşində (130 kq) bürünc medal qazanıb. Həmin bürünc medallar müvafiq olaraq Levan Berianidzeyə (Ermənistan) və Robi Smitə (ABŞ) veriləcək.

Yunan-Roma güləşində Bilyal Maxovun bürünc medalının əlindən alınması komanda növündə Rusiyanı 2-ci pilləyə endirib. Azərbaycan isə Rusiyanı 1 xal qabaqlayaraq (millimiz 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 39 xal qazanıb) çempion elan edilib. İndi Rusiya həmin çempionluq kubokunu Azərbaycana, bizim federasiya isə gümüş kuboku qarşı tərəfə verməlidir.

Qeyd edək ki, 2015-ci ildə keçirilmiş dünya çempionatında Rasul Çunayev (71 kq) çempion olub, Rövşən Bayramov (59 kq) 2-ci yeri tutub, Saman Təhmasibi (85 kq) isə bürünc medal qazanıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ersin Tatar Azərbaycanı belə təbrik etdi

Next

Müdafiə Nazirliyindən Müstəqilliyin Bərpası Günü ilə əlaqədar VİDEOÇARX

Copyright 2026— Praqraf.com. All rights reserved