Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Trampın keçmiş müşavirinə 18 maddəlik ittiham
DÜNYA

Trampın keçmiş müşavirinə 18 maddəlik ittiham

17 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona qarşı 18 maddəlik ittiham aktı hazırlanıb.

Paraqraf.com xəbər verir ki, bu barədə CNN adının açıqlanmasını istəməyən iki rəsmi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən evində axtarış aparılmış Bolton məxfi məlumatları qanunsuz saxlamaq və paylaşmaqda ittiham olunur.

Məlumata əsasən, C.Boltonun yaxın günlərdə Merilend ştatının Qrinbelt şəhərində yerləşən federal məhkəməyə təslim olacağı gözlənilir.

İstintaq sənədlərində qeyd olunur ki, Bolton vəzifədə olduğu dövrdə həyat yoldaşı və qızı ilə məxfi məlumatları e-poçt vasitəsilə paylaşıb. Onun bu hərəkətləri ABŞ qanunvericiliyinə əsasən, ciddi cinayət kimi qiymətləndirilir.

Qeyd edək ki, Con Bolton 2018-2019-cu illərdə Ağ Evdə milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb. O, Tramp Administrasiyasının “İrana maksimum təzyiq” siyasətinin əsas memarlarından biri kimi tanınıb. Sonradan Trampın bəzi qərarları ilə razılaşmadığı üçün vəzifədən uzaqlaşdırılıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İsrail Türkiyə missiyasına icazə vermədi

Next

Kürdəmirdə uşaq bağçasında yanğın

Copyright 2026— Praqraf.com. All rights reserved