Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 17
  • Milli Məclisdə gərginlik: Tənzilə Rüstəmxanlı və Siyavuş Novruzov “atışdı”

Milli Məclisdə gərginlik: Tənzilə Rüstəmxanlı və Siyavuş Novruzov “atışdı”

admin 17 Oktyabr 2025 3 minutes read
1760694806209900503268f21216925a1
PAYLAŞIN:

“Xalqımızı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm. Buradan başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə anıram. Onların üzərimizdə haqqı çox böyükdür”.

Paraqraf.com xəbər verir ki, bunu deputat Tənzilə Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Millət vəkili Siyavuş Novruzov isə həmkarının fikirlərində yanlışlıq olduğunu deyib:

“Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. O 43 nəfər özünü istiqlal yolunda görüb və referendum əleyhinə səs verib. Müstəqillik başqa, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verdi”.

Müzakirəyə spiker Sahibə Qafarova da qoşulub: “Çıxışlarda bəzi nöqsanlar olur. Burada olan çıxışlarda da bəzi nöqsanlar oldu”.

Spiker S.Novruzova xitabən “Mən sonra sizinlə ayrı bir məsələni də danışacağam”, – deyə əlavə edib.

Tənzilə Rüstəmxanlı öz növbəsində həmkarına cavab verib:

“Buna cavab verməsəm, olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi. Qeyd etdiyim 7 mart 1991-ci ildə SSRİ-nin bərpa olunması ilə bağlı idi. Deputatların cəmi 43-ü, içində də Heydər Əliyevin təmsil olunması ilə referendumun əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Məni yanlış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim. Çox istərdim ki, bu gün dövlət çevrilişində əli olan Azərbaycanın ən yüksək məqamlarını işğal edən Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq bir cümlə deyib tarix yazaydı”.

Sahibə Qafarova da Tənzilə Rüstəmxanlının fikirlərinə qoşulub:

“Mən ona görə dedim ki, Siyavuş müəllim, bəzi məsələləri ayrıca danışarıq. Sabah bayram günüdür, bu gün bayram təbrikləri ilə iclasa başladıq. Düşünürəm ki, bu söhbətlərin yeri deyil. Yenə təkrar edirəm, öncədən Siyavuş müəllimə dedim ki, bəzi məsələləri sizinlə danışacağam”.

İclasın gedişində Siyavuş Novruzov söz istəsə də, spiker ikinci dəfə bu məsələ ilə bağlı deputata söz verməyəcəyini bildirib.

Loading

Visited 13 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Mehriban Əliyeva Roma Papası ilə görüşdü – FOTO
Next: Nazirlikdən pensiya ilə bağlı vacib açıqlama

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.