Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Bakıda məmur küçədə QARƏT OLUNDU
HADİSƏ

Bakıda məmur küçədə QARƏT OLUNDU

17 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakıda məmur küçədə qarət olunub.

Paraqraf.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunun Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb.

Maliyyə Nazirliyində mühasib işləyən şəxs sərxoş halda mağazaların birinin yanındakı oturacaqda yatıb. Bu zaman 37 yaşlı Malik Əsədov (ad və soyad şərtidir) onun yatdığını görüb və 3000 manatlıq “iPhone 14 pro max” markalı telefonunu, həmçinin arxa cibindən 100 manat pulu götürüb.

Zərərçəkənin sözlərinə görə, oğurlanan telefonun içərisində məxfi sənədlər olub və bu hadisəyə görə ona töhmət verilib.

Təqsirləndirilən şəxs isə bildirib ki, oğurladığı 3000 manatlıq “iPhone”u metronun “20 Yanvar” stansiyası yaxınlığında 300 manata satıb.

Faktla bağlı Malik Əsədov barəsində Cinayət Məcəlləsinin 177.2.5-ci (oğurluq zərərçəkmişin cibindən, üzərindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla götürüldükdə) maddəsi ilə cinayət işi açılıb.

Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən iclasda verilən qərara əsasən təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yekaterinburqda Azərbaycan diasporunun üzvləri barədə qərar verildi

Next

Rauf Zeyni Fazil Mustafanı ad günü münasibətilə təbrik etdi

Copyright 2026— Praqraf.com. All rights reserved