20 Sen 2026, Bz

Şahruddin bu göstəricilərə görə fərqləndi

PAYLAŞIN:

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində ən çox qurtarış edən qapıçılar siyahısına düşüb.

Paraqraf.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, meydana çıxdığı 4 görüşdə 19 dəfə komandamızı qoldan xilas edib.

Şahruddin bu göstərici ilə 82 qapıçı arasında 11-12-ci yerləri bölüşdürür.

İlk pilləni 34 seyvlə San-Marinonun qapıçısı Edoardo Kolombo turur. İkinci yerdə Lixtenşteyndən Benyamin Bühel (30 seyv), üçüncü yerdə Andorradan İker Alvares (26 seyv) qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026–nın 4 seçmə maçında 11 qol buraxıb və 2 qol vurub.

Loading